40 günlük körpənin anası öldürüldü

11-10-2016, 15:56
0
40 günlük körpənin anası öldürüldü

Abşeronda qətl hadisəsi olub. Hadisə Masazır qəsəbəsində baş verib.

Belə ki, Muxtarova Lalə Arif qızı həyat yoldaşı tərəfindən dəmir parçası ilə döyülərək öldürülüb. Lalənin nənəsinə isə ağır bədən xəsarətləri yetirib.

Ağdam rayonundan məcburi köçkün olan Lalə Muxtarova özündən yaşca böyük olan əmisi oğluna ərə gedib. Bu nikahdan 40 günlük körpələri var.

Qeyd edək ki, Abşeron Rayon Polis İdarəsi faktı təsdiqləyib. Fakt üzrə araşdırma aparılır.

скачать dle 12.1
Xəbər lenti