Müəllimlərin əməkhaqqı 35 faiz artıb

14-09-2015, 19:05
0
Müəllimlərin əməkhaqqı 35 faiz artıb
«Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə çalışan müəllimlərin əməkhaqqı orta hesabla 35 faiz artıb. 7760 nəfər müəllimin əməkhaqqı 500-1000 manat, 466 müəllimin əməkhaqqı isə 1000 manatdan yuxarıdır».
 
Bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramov deyib. O, Bakı şəhəri təhsil işçilərinin «Sentyabr konfransı»nda çıxış edib. Bildirib ki, Bakı müəllimlərinin orta aylıq əməkhaqqı ilə ölkə üzrə orta aylıq əməkhaqqı arasındakı uyğunsuzluq aradan qaldırılıb: «Hazırda bu fərq 6 faiz təşkil edir».
скачать dle 12.1
Xəbər lenti