Kaloriləri hesablamaq zərərlidirmi?

22-01-2023, 14:01
5 768
Kaloriləri hesablamaq zərərlidirmi?

Bir çox insan ilin əvvəlində yeni qərarlar qəbul edir. Bu qərarların ən məşhurlarından biri də arıqlamaqdır.

Buna nail olmaq üçün yediklərimizə diqqət etməyə və idmana başlayırıq.

Yeməkdə olan enerjinin miqdarı kalorilərlə ölçülür və bir çoxumuz düşünürük ki, qəbul etdiyimiz kalori sayını azaltsaq, məqsədimizə çatacağıq.

Bu, düzgün yanaşmadırmı?

Bəzi ekspertlər deyirlər ki, kalorilərin hesablanması köhnə və hətta təhlükəli üsuldur.

Bəzi ekspertlər kalori hesablamağın köhnəlmiş üsul olduğunu deyirlər. Çünki fərqli qidalar eyni miqdarda enerji təmin etsələr də, faydaları və qida dəyərləri müxtəlifdir.

Məsələn, bir stəkan süd 184 kalori, bir stəkan pivə isə 137 kaloridir.

Qidaların üzərində yazılmış kalori miqdarı porsiya göstəriciləri baxımından məlumatlandırır, amma orqanizmin bunun nə qədərini həzm edəcəyini bildirmir.

Yeo deyir ki, “Biz hər 100 kalori zülalın yalnız 70 faizini qəbul edirik. Bu o deməkdir ki, zülalın 30 faizi onun həzm edilməsinə sərf olunur . Yağ isə olduqca enerjili qidadır və çox effektli yanacaq bazasıdır. İstehlak etdiyimiz hər 100 kalorilik yağın 98 kalorisi həzmə gedir”.

Sadə dillə desək, 100 kalorilik kartof qızartması yemək 100 kalorilik yerkökü yeməkdən daha çox kalori qəbul etməklə nəticələnir.

Yeo hesab edir ki, yediyimiz qidanın növünü nəzərə almasaq, kaloriləri hesablamaq mənasızdır. 

Bundan başqa, hər hansı qidadan nə qədər enerji almamız yaşımızdan, yuxu saatlarımızın və bağırsaqlarımızdakı bakteriyaların miqdarından, o cümlədən, yeməyi necə çeynəməmiz kimi bir çox faktorlardan asılıdır.

Dərin istehsal prosesində qidaların zülallı və lifli hissələri atılır; yağ, şəkər və duz əlavə edilir. Bu, yeməyin kalorisini artırır, amma qida dəyərini aşağı salır.

Kalori hesablamağın bizi qeyri-sağlam seçimlərə sövq etdiyini bildirən  Yeo deyir ki, “Kalorilər bizə yeməkdə nə qədər yağ, şəkər, karbohidrat, lif və ya vitamin olduğu haqda məlumat vermir. Mən kalorini kor bir alət hesab edirəm”.

Burger yeyən kişi

Kalori hesablamaq təhlükəlidirmi?

Nyu-Yorkdakı Cornell Universitetinin Amerika mətbəxinin tarixi üzrə eksperti Adrienne Rose Bitar kalori azaltma proqramlarının problem yarada biləcəyini qeyd edir: “Alkoqoldan fərqli olaraq yemək yeməyi dayandırmaq olmaz.

Anoreksiya, bulimiya, ortoreksiya kimi bir çox pozuntuların səbəbi zahirən zərərsiz görünən kalori hesablama proqramlarıdır”.

Bitar vurğulayır ki, bəzi proqramlar insanlara təhlükəli dərəcədə aşağı kalorili pəhrizlərlə yaşamağı tövsiyə edir.

Kalori hesablamağın alternativi nədir?

Qadın

Qida sənayesi xaricində enerji kalorilərlə yox, joulla ölçülür.

Artıq bəzi qida şirkətləri də qidanın enerji dəyərini kaloriylə deyil, kilojoulla göstərməyə başlayıb. Britaniya Qidalanma Fondunun əməkdaşı Bridget Benelam kimi ekspertlər kalorilərə tamamilə məhəl qoymamağı doğru hesab etmirlər. 

O, bütün çatışmazlıqlarına rəğmən kalorinin funksional dəyəri olduğunu söyləyir:

“Piylənmə bu gün üzləşdiyimiz ən böyük ictimai sağlamlıq problemidir. Ona görə də insanların niyə çox kökəldiyini anlamaq vacibdir”. 

Kaloriləri saymaq arıqlamaq istəyənlərə pəhriz planlaşdırmasında kömək edə bilər.

“İnsanların nə yediklərini və kalorilərin hardan gəldiyini anlamaq vacibdir. Məsələn, onların doymuş yağı çox istehlak edib-etmədiklərini görmək üçün doymuş yağlardan nə qədər kalori aldıqlarını hesablayırıq. Yəni elmi nöqteyi-nəzərdən kaloriləri hesablamaq vacibdir” – Benelam belə deyir. 

Böyük Britaniyanın Milli Sağlamlıq Xidmətinin (NHS) əməkdaşları insanların istehlak etdikləri enerjiylə qidadan aldıqları enerjini tarazlamaları lazım olduğunu bildirir və ara-sıra qəbul edilən artıq dozadan narahat olmamağı tövsiyə edirlər: “Sadəcə növbəti günlərdə daha az enerji qəbul edin”.

скачать dle 12.1
Xəbər lenti