Trans yağlardan istifadəyə görə ən çox ölüm halı bu ölkələrdə qeydə alınıb

24-01-2023, 16:40
6 395
Trans yağlardan istifadəyə görə ən çox ölüm halı bu ölkələrdə qeydə alınıb

“Quruluşu dəyişilmiş yağlar insanlarda istənilən xəstəliyi törədir, nəinki ürək, qan-damar xəstəliklərini” – Aydın Əliyev

“Azərbaycana keyfiyyətsiz qida, yağ, dərmanları bilə-bilə kim gətirirsə, ayrı düşmənə ehtiyacımız yoxdur”

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hər il yarım milyon insanın vaxtından əvvəl ölümünə səbəb olan toksik süni kimyəvi maddələr - trans yağlardan hazırlanmış qablaşdırılmış yeməklər, çörək məhsulları və kulinariya yağları kimi tez-tez rast gəlinən məhsulların tamamilə ləğvinə çağırıb. ÜST-dən bildirilib ki, trans yağların istehlakı nəticəsində ürək-damar xəstəliklərindən ən çox ölüm hallarının qeydə alındığı 16 ölkədən 9-da profilaktika siyasəti düzgün həyata keçirilmir. Bu ölkələrə Avstraliya, Azərbaycan, Butan, Ekvador, Misir, İran, Nepal, Pakistan və Cənubi Koreya daxildir.

4003e7d4-9c1d-3033-b76c-d15737b320cb_850.jpg (127 KB)

Qurum 5 milyard insanın bu toksik məhsullardan istifadə etdiyini və bunun ürək xəstəlikləri və ölüm riskini artırdığını bildirib. “Resolve to Save Lives” ictimai səhiyyə təşəbbüsünün prezidenti və baş icraçı direktoru Tom Fridenin bildirdiyinə görə, trans yağların qida məhsullarından qlobal şəkildə çıxarılması 2040-cı ilə qədər 17 milyona qədər insanın ürək-damar xəstəliklərindən ölümünün qarşısını ala bilər.

Friden həmçinin “dünyada bir çox qida məhsullarının ayrılmaz hissəsi” adlandırdığı yağlar və “qida məhsullarında qanuni istifadə olunmayan” və xaric edilməsi lazım olan toksik kimyəvi maddə” olan süni trans yağların fərqləndirilməsinin vacibliyindən danışıb. Fridan əlavə edib ki, trans yağların günlərinin sayının azaldığını gördükdə həmin şirkətlər də buna razı olacaq.

ÜST-nin açıqlaması nə dərəcədə həqiqətləri əks etdirir? Bu istiqamətdə nə kimi profilaktik tədbirlər həyata keçirilməlidir?

Nəzərə çatdıraq ki, Dövlət Statistika Komitəsinin verdiyi xəbərdə də qeyd edilir ki, ötən il qeydə alınmış xəstəliklər arasında qan dövranı sisteminin xəstəlikləri, qan, qanyaradıcı orqanların xəstəlikləri üstünlük təşkil edib.

Bəs bu xəstəlikərin səbəbi trans yağların qəbulu iləmi əlaqədardır?

305206ea7d9d0ec4.jpg (48 KB)

Qeyd etmək yerinə düşər ki, mütəxəssislərin fikrincə, trans yağlar gövşəyən heyvanların (inək, qoyun, dəvə) orqanizmində təbii halda yaranır. Habelə bitki yağlarının rafinə edilməsi zamanı da trans yağların əmələ gəlməsi məlumdur. Belə ki, rafinasiya prosesindən sonra duru yağlarda 3,5 %-dən çox trans izomerin yarandığı müəyyən edilir. Hətta məişətdə qidaların qızardılması zamanı istifadə olunan yağlarda da trans yağ turşularının əmələ gəldiyi məlum olub. Sənaye üsulu ilə alınmış yağlar daha çox hazır qida sənayesində istifadə olunur. Trans yağlardan daha çox fastfud (hamburger, pitsa, səhər yeməyi üçün hazır qidalar, qəlyanaltılar (snack)), peçenye, çipsi, vafli, kreker, şokolad, konfet, marqarin, qızartma yağları, qat-qat xəmir, keks, biskvit, sous, mayonez istehsalında istifadə olunur.

3078962.jpg (39 KB)

Farmokoloq, dosent Aydın Əliyev mövzu ilə bağlı Musavat.com-a deyib ki, trans yağlara hidrogen vururlar və onların quruluşu dəyişdirilir: “Quruluşu dəyişilmiş yağlar insanlarda istənilən xəstəliyi törədir, nəinki ürək, qan-damar xəstəliklərini. Ən qorxulu cəhətlərindən biri budur ki, bədənin quruluşu, maddələr mübadiləsi dəyişir və immun sistemi zəifləyir. İmmun sistemi zəifləyəndə təbii ki, insanlarda birinci üzə çıxan əlamət ürəkdə, damarda dəyişikliklər olur. Qan qatılaşır, insult halları, ürək damar xəstəlikərindən ölüm hallarının çoxalmasına səbəb olur. Biz insanlar maddələr mübadiləsi ilə yaşayırıq. İnsan aldığı təmiz hava ilə, təmiz qida ilə yaşayır. Keyfiyyətsiz yağlar, dərmanlar, keyfiyyətsiz sular, çirkli hava təbii ki istənilən xəstəliyi törədir. Bizdə hazırda xəstəlik həddən artıq çoxdur. Xüsusilə, onkoloji xəstələrə nəzər yetirin, xəstələri sayı həddən artıq çoxdur. Azərbaycana keyfiyyətsiz qida, yağ, dərmanlarını bilə-bilə kim gətirirsə, bizim düşmənə ehtiyacımız yoxdur”.

af412c20-475b-3341-a9d2-c431809e03a9_850.jpg (99 KB)

Həkim “bu istiqamətdə nə kimi profilaktik tədbirlər görülməlidir” sualına belə cavab verib: “Belə çıxır ki, ÜST bilir ki, hansı ölkələrə keyfiyyətsiz qidalar gedir. Onda belə məsələ ortaya çıxır ki, dünyada həqiqətən də üçüncü dünya müharibəsi gedir, vacib deyil ki, güllə atılsın. Bəzi ölkələrə raketlər, bəzilərinə isə bu cür istifadə edib demoqrafiq dəyişikliyinə səbəb olurlar. İnsanları xəstələndirirlər. Bu artıq qlobal bir problemdir. Çıxış yolu isə birdir. Kim bilə-bilə ölkəmizə keyfiyyətsiz məhsulları gətirirsə, bizə ən ağır zərbəni vurmuş olur. İnsanlar profilaktik tədbirlər görüb, sağlamlıqlarının qayğısına qalmalıdırlar. İnsanla bağlı sadə bir düstur deyim sizə. Obrazlı desək, Allahın dörd resepti var, bu fəsillərdir. İnsanlar təbiətdə nə yetişirsə, hər fəslə uyğun yerli qidaları qəbul edirlərsə, onlar sağlam yaşayırlar. Trans yağlar bədənimizə uyğun deyil, dəyişdirilib. Onları əlavə olaraq hidrogenləşdirir, pratonu vururlar. Ona görə də bədənizmizə uyğun deyil. Kobud bir misal çəkəcəyəm, necə ki, xaricdən maşın gətirilir, gərək ona uyğun da benzin ola. Yəni yağlar da bizə uyğun olmalıdır. Bir ara at, eşşək atı ilə bağlı yazırdılar, at, eşşək ətini yemək haram deyil. Amma bizim bölgəyə uyğun deyil, həmin ətlərə bədənimiz uyğunlaşmayıb. Əgər vətəndaşlarımızın sağlam yaşamasını istəyiriksə, hökumət yerli təsərrüfatı inkişaf etdirməlidir”.

скачать dle 12.1
Xəbər lenti