Cennifer Lopez ölüm təhlükəsilə üzləşib

29-01-2023, 18:30
8 662
Cennifer Lopez ölüm təhlükəsilə üzləşib

Amerikalı müğənni və aktrisa Cennifer Lopez yeni filminin çəkiliş meydançasında ölüm təhlükəsilə üzləşib.

Ben Afflekin həyat yoldaşı “My Pirate Wedding” filminin çəkilişi zamanı acı təcrübəsindən danışıb.

Məşhurun ​​sözlərinə görə, o, Dominikan Respublikasında çəkiliş apararkən az qala qayadan yıxılacaqdı. Lakin Coş Dyuamel onu yıxılmaqdan xilas edə bilib. CeyLo çəkilişləri bütövlükdə müsbət qiymətləndirib.

“Mən hiss edirəm ki, biz çox yaxşı iş görmüşük”, - deyə ekran ulduzu bildirib. (Oxu.az)

скачать dle 12.1
Xəbər lenti