Oktay Kaynarca: "Azərbaycan da zəlzələ bölgəsində olanlar qədər əziyyət çəkir, ürəkləri onlarla döyünür..."

11-02-2023, 16:15
7 225
Oktay Kaynarca: "Azərbaycan da zəlzələ bölgəsində olanlar qədər əziyyət çəkir, ürəkləri onlarla döyünür..."

Türkiyənin məşhur “Eşkiya dünyaya hükümdar olmaz” serialının ulduzu Oktay Kaynarca sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.

Aktyor Azərbaycanın Türkiyə ilə həmrəylik nümayiş etdirməsini yüksək dəyərləndirərək, qeyd edib:

"Belə həmrəylik nümunəsi yalnız bu torpaqlara xasdır. Bütöv bir ölkə, o cümlədən Azərbaycan da daxil olmaqla hər kəs zəlzələ bölgəsində olanlar qədər əziyyət çəkir, ürəkləri onlarla döyünür, yeməkdən, isti yataqdan, isinməkdən utanırlar.  Bu, həmrəyliyin gözəl nümunəsidir.  Ürəyinə sağlıq, millətim!"

 

 

1bb80dd9-b64e-4cde-9c15-2ee03adbf412.jpeg (83 KB)

скачать dle 12.1
Xəbər lenti