Tənqidçi yazarın ailə üzüvləri təhdid olunur...

27-07-2015, 14:44
0
Tənqidçi yazarın ailə üzüvləri təhdid olunur...

Hakimiyyət orqanlarının demokratik düşərgənin nümayəndələrinə qarşı davamlı olaraq apardığı diskriminasiya siyasəti nəticəsində yüzlərlə insan saxta və qondarma ittihamlarla həbsxanalarda, bu təzyiq, təqib və həbslərdən yaxa qurtarmaq üçün minlərlə ölkə vətəndaşı isə ölkədən didərgin düşərək, Qərb və Avropa  ölkələrində mühacir həyatı yaşamaqdadır. Təəssüflər olsun ki, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına, insanların siyasi əqidəsinə görə təhdidlər və şiddətlə üzləşməsinə görə Azərbaycan hakimiyyətinə qarşı beynəlxalq təpkilər də heç bir effekt vermir. 

Bu gün narahatedici hallardan biri də ondan ibarətdir ki, təqib və təzyiqlər üzündən ölkəni tərk etmiş müxalifətçilərin yaxınlarının da təqiblərlə üzləşməsi adi hal alıb. ADP-nin İdarə Heyətinin üzvü  və  “Hürriyyət” ictimai-siyasi qəzetinin   müxbiri Müşviq İsrafilovun verdiyi  məlumata görə ADP-nin üzvü olaraq davamlı təqib və təzyiqlərə məruz qaldığına və həbs olunma təhlükəsi ilə üzləşdiyinə görə ölkəni tərk etmiş Müşviq İsrafilovun yaşadığı mənzilə bugün 27.07.2015 çi il tarixdə səhər naməlum şəxslər tərəfindən telefon açılaraq onun harada olması ilə maraqlanmışlar. Müşviqin  harada olması ilə bağlı məlumat ala bilməyən şəxslər onun qohumlarına qarşı nalayiq ifadələr işlətmiş və təhdid etmişdirlər. Bu hadisədən bir neçə saat sonra iki nəfər mülki formalı şəxs Müşviqın yaşadığı mənzilə gələrək onun yenə də harada olmasını soruşmuşlar. Evdə olan Müşviqın ailə üzüvləri onun harada olduğunu bilmədiyini bildirdikdə həmin şəxslər evdə qanunsuz axtarış aparmağa cəhd etmiş, buna etiraz edən Müşviqın həyat yoldaşı təhdid edilmiş, təhqirlərə məruz qalmışdır. Həmin şəxslər Müşviqın  tapacaqlarını və zorla da olsa, polisə aparacaqlarını bildirib. Bu cür aqibətlə üzləşən müxalifət fəalları az deyil. Hakimiyyət bu cür fəalları sərt şəkildə cəzalandırmaqla ölkədəki xofu daha da artırmaq və siyasi fəallığı sıfıra endirmək istəyir.

Xatırladaq ki, bundan qabaq da dəfələrlə polis və mülki geyimli şəxslər Müşviq İsrafilovun yaşadığı evə gələrək ailə üzüvlərini təhdid ediblər.

 

скачать dle 12.1
Xəbər lenti