ADP-çilərin namizədliyinə əngəl törədilir

2-10-2015, 20:00
0
ADP-çilərin namizədliyinə əngəl törədilir

Partiyanın Zaqatala təşkilatının sədri və Ali Məclis üzvünün sənədləri müxtəlif bəhanələrlə qəbul olunmur

110 saylı Zaqatala şəhər və 11 saylı Zaqatala-Balakən seçki dairəsində deputatlığa namizədliyini irəli sürmüş ADP Zaqatala rayon təşkilatının sədri Mübariz İsmayılovun və Ali Məclis üzvü Xanoy Musayevin sənədləri müxtəlif bəhanələrlə artıq 3 gündür ki, qəbul olunmur.
Bu haqda Muxalifet.az saytına partiyanın mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunur ki, ADP üzvlərinə hər iki dairədə DSK sədrinin yerində olmadığını, möhürü də götürüb Bakıya getdiyi bildirilib. Məlumata əsasən, bu haqda MSK-ya şikayətlər edilsə də, hələ də vəziyyətdə dəyişiklik yoxdur.

скачать dle 12.1
Xəbər lenti