Deputatlığa namizəd barəsində cinayət işi ilə bağlı - Rəsmi Açıqlama

15-10-2015, 20:42
0
Deputatlığa namizəd barəsində cinayət işi ilə bağlı - Rəsmi Açıqlama

Deputatlığa namizəd Vidadi İsgəndərov barəsində cinayət təqibi həyata keçirilmir.

 

 

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən Milli Məclisə deputatlığa namizəd Vidadi İsgəndərov və bəzi dairələr sosial şəbəkələrdə təqib olunması və həbs olunacağı barədə informasiyalar yayıblar.

 

 

Baş Prokurorluq həmin məlumatları qəti şəkildə təkzib edir. Həmin məlumatların heç bir hüquqi əsası yoxdur, V.İsgəndərov barəsində hüquq-mühafizə orqanlarında hər hansı cinayət təqibi həyata keçirilmir və onun toxunulmazlığı qanunla qorunur. //Trend

скачать dle 12.1
Xəbər lenti