Azərbaycan prezidenti avstriyalı həmkarını təbrik edib

24-10-2015, 19:52
0
Azərbaycan prezidenti avstriyalı həmkarını təbrik edib
Azərbaycan prezidenti İlham Əliyev avstriyalı həmkarı Haynts Fişeri ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
 
APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
 
“Hörmətli cənab federal prezident, Avstriya Respublikasının milli bayramı münasibətilə sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram. Bu əlamətdar gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstriya xalqına daim sülh və firavanlıq diləyirəm”.
скачать dle 12.1
Xəbər lenti