Müsavat Partiyası parlament seçkisində iştirakını dayandırıb

28-10-2015, 23:49
0
Müsavat Partiyası parlament seçkisində iştirakını dayandırıb
Müsavat Partiyasının başqanı Arif Hacılı noyabrın 1-də keçiriləcək parlament seçkləri ilə bağlı mətbuat konfransı keçirib.
 
A.Hacılı deyib ki, Müsavat Partiyasının 73 seçki dairəsi üzrə namizəd irəli sürüb, bunlardan yalnız 25 seçki dairəsi üzrə namizəd qeydə alınıb: “Seçki prosesində xeyli təzyiqlərlə üz-üzə qaldıq. Biz buna baxmayaraq, fəaliyyətimizi davam etdirdik”.
 
Müsavat başqanı vurğulayıb ki, Azərbaycanda seçki ab-havası hiss olunmur: “Müsavat Partiyası seçkilərdə iştirak etməklə insanlarla təmasda olduq. Fikirlərimizi, mövqeyimizi ictimaiyyətin diqqətinə çatdırdıq. Müsavat Partiyası bundan sonra da siyasi proseslərin önündə olacaq”.
 
A.Hacılı bildirib ki, partiya Divanının bugünki iclasında noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirakdan imtina etməklə bağlı qərar qəbul olunub: “Biz bundan sonra da mübarizəmizi davam etdirəcəyik. Seçkinin müşahidə edilməsində iş aparacağıq”.
скачать dle 12.1
Xəbər lenti