Ümid partiyasının lideri Araz Əlizadəyə uduzur

2-11-2015, 19:30
0
Ümid partiyasının lideri Araz Əlizadəyə uduzur
Artıq bütün seçki dairələri üzrə deputatların adları bilinsə də, 35 saylı Xətai III Seçki Dairəsində müəmmalı vəziyyət yaranıb. Belə ki, bu saata qədər 35, 54 118 və 121 saylı seçki dairələrindən hansı namizədlərin qalib gəldiyi açıqlanmasa da, 35-dən başqa digər dairələrdə açılmış qutulara görə, kimin deputat seçildiyi aydın görünür. Ancaq 35-ci dairədən sadəcə 33 məntəqənin sadəcə 6-sının nəticələri açıqlanıb.
 
FaktXəbər-in Mərkəzi Seçki Komissiyasının saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə açıqlanan 6 məntəqənin nəticəsinə əsasən 1817 səslə liderdir. Ümid Partiyasının sədri İqbal Ağazadə isə 1078 səslə ikinci yerdədir. Bu nəticə hələlik 6 məntəqədə üzrə qeydə alınıb. Digər 27 məntəqədə isə səslər hesablanmayıb.
скачать dle 12.1
Xəbər lenti