İllərdir deputat olanlar - SİYAHI

3-11-2015, 22:41
0
İllərdir deputat olanlar - SİYAHI
Deputat seçilənlərin arasında həyatının 20, 25 ilini parlamentə həsr edən mandat sahibləri var. Hələ Azərbaycan keçmiş SSRİ-nin tərkibindəykən, 1991-cı ildə çağırılan keçmiş Ali Sovetin sessiyasından ta 2015-ci il 1 noyabr tarixindəki seçkilərədək həmişə qalib elan edilmiş parlamentarilər də var. 10 saylı Binəqədi üçüncü seçki dairəsindən mandat qazanmış Madər Musayev bu il 6-cı dəfə parlamentə seçildi. O, 1991-ci ildən bəri deputatdır.
 
Müstəqil Azərbaycan Respublikasında I çağırış Milli Məclisə seçkilər 1995-ci ilin 12 noyabrında keçirilib. 2015-ci il 1 noyabr tarixində isə V çağırış Milli Məclis seçkiləri keçirildi. Bu seçkilərin hamısında iştirak etmiş və həmişə də mandat qazanmış deputatlar kimlərdir?
 
Kiçik bir araşdırma nəticəsində məlum oldu ki, ömrünün 20 ilini Azərbaycan Respublikasının  qanunvericilik orqanında keçirən bəzi deputatlar bundan sonra daha 5 il Milli Məclisdə çalışacaqlar. Bunlar aşağıdakı şəxslərdir:
 
1 saylı Şərur-Sədərək seçki dairəsi - Vasif Talıbov  
 
2 saylı Şərur seçki dairəsi - İsa Həbibbəyli
 
4 saylı Naxçıvan şəhər seçki dairəsi - Eldar İbrahimov
 
23 saylı Nəsimi-Səbail seçki dairəsi - Ziyad Səmədzadə 
 
50 saylı Abşeron-Qobustan seçki dairəsi - Zeynəb Xanlarova
 
60 saylı Salyan-Neftçala seçki dairəsi - Fəzail Ağamalı
 
61 saylı Neftçala seçki dairəsi - Arif Rəhimzadə
 
66 saylı Biləsuvar seçki dairəsi - Xanhüseyn Kazımlı
 
74 saylı Lənkəran kənd seçki dairəsi - Hadı Rəcəbli 
 
76 saylı Lənkəran-Astara seçki dairəsi - Ziyafət Əsgərov
 
116 saylı Qəbələ seçki dairəsi - Fəttah Heydərov 
 
125 saylı Zəngilan-Qubadlı seçki dairəsi - İmamverdi İsmayılov
скачать dle 12.1
Xəbər lenti