Peyman Sadıqov: Xalqxeber.Az saytına problem yaradanlar qanun qarşısında cavab verəcəklər

25-11-2015, 16:54
0
Peyman Sadıqov: Xalqxeber.Az saytına problem yaradanlar qanun qarşısında cavab verəcəklər

Xalqxeber.Az saytının səhər saatlarından bu dəqiqələrə qədər fəaliyyətində problemlərin yaranmasının səbəbi aydınlaşdı. Texniki şöbənin araşdırmaları nəticəsində məlum olub ki, saytın fəaliyyətinə problemləri məhz ötən gün saytda dərc olunan "Avirtel"in rəhbəri: Müəyyən əllər vardıki, onlar Avirtelin qanunsuz əməllərini qoruyurdu başlığı altında gedən yazı səbəb olub. Belə ki, hazırda saytda texniki işlər tamamlanmaq üzrədir. Çətinliklədə olsa saytın bazasını geri qaytarmaq mümkün olub. Lakin ötən gün sayta dərc olunmuş "Avirtel"in rəhbəri: Müəyyən əllər vardıki, onlar Avirtelin qanunsuz əməllərini qoruyurdu başlıqlı tənqidi yazı silinmişdi. Bunlara baxmayaraq, həmin yazını saytda dərc edərək bir daha redaksiya olaraq "Avirtel"in rəhbərliyiniə bildiririk ki, bu çirkin əmməlləriniz əl çəkin. Sözünüz varsa əgər sizi dinləməyə və mövqeyinizi dərc etməyə hazırırq. Amma belə çirkin əməl törətməklə heç nəyə nail ola bilməyəcəksiniz. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişik və inanırıq ki, sizin bu şeytani əməlinizə hüquqi qiymət veriləcək.

скачать dle 12.1
Xəbər lenti