Siyasi məhbus danışır (audio)

26-12-2015, 01:16
0
Siyasi məhbus danışır (audio)

 

Bu audio yazı 09.12.2013 il tarixdə mühacirətdə olan ABU rektoru Elşad abdullayevin qardaşı oğlu, siyasi məhbus Abdullayev Mübariz Aslan oğlunun ailə üzvləri tərəfindən qeydə alınıb. Ailə başçısının istər 2003-ci ildə, istərsədə 2013-cü ildə prokurorluqda işgəncələrə məruz qalmasını öz dilə ilə təsdiq edən audio yazı Abdullayevlər ailəsi tərəfindən redaksiyamıza təqdim olunmuşdur və onun ictimailəşdirilməsini xahiş etmişlər.

Audio yazıda daha çox diqqət çəkən məqamlarımdan biri də vətəndaş 2003-cü ildə əsassız olaraq həbs edilib, 3 gün sonra sərbəst buraxıldıqdan sonra, 2013-cü ildə, yəni on ildən sonra, daha doğrusu, Mübariz Abdullayevin əmisi Elşad Abdullayevin bir sıra qalmaqallı video görüntüləri içtimailəşdirdikdən sonra yenidən ağır maddələrlə həbs olunaraq məhkəmə qarşısında çıxarılmasıdır.

Hazırda Mübariz Abdullayev cəzaçəkmə müəssisəsində əsassız olaraq cəza çəkir. Onu da qeyd etmək vacibdir ki, Mübariz Abdullayev, 10 il müddətinə azadlıqdan məhrum edilən zaman, istər istintaq, istərsə də məhkəmə istintaqı tərəfindən ortada nə motiv, nə zərərçəkmiş, nə də şikayətçi olmayıb.

Mübariz Abdullayevin ailə üzvləri bildirmişdirlər ki, bu günə kimi, sözü gedən audio yazı bir neçə hüquq müdafiəçisinə (adlarının çəkilməsini istəmirlər) təqdim etməklərinə baxmayaraq, onlar tərəfindən yuxarıda qeyd olunan audio yazı geniş içtimai müzakirəyə çıxarılmamışdır.

Qeyd edək ki. mübariz Abdullayevin adı hüquq müdafiəçilərinin hazırladığı "siyasi məhbus siyahısı"nda qeyd edilib.


audio yazını təqdim edirik.



qaynarxeber.org

скачать dle 12.1
Xəbər lenti