Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib

3-02-2016, 18:03
0
Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib
Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib. Səfirlikdən verilən məlumata görə, bu vəzifəyə diplomat Kerol Meri Kroft təyin olunub.
 
Yeni səfir mayda Azərbaycana gələcək.
 
Kerol Meri Kroft bu vəzifədə İrfan Siddıqı əvəz edəcək. İ.Siddqi 2013-cü ildən Azərbaycanda çalışır.
 
K.M.Kroft 1987-ci ildən Böyük Britaniyanın xarici işlər sistemində çalışır. Diplomat indiyədək ölkəsinin XİN sistemində müxtəlif vəzifələr tutub.
скачать dle 12.1
Xəbər lenti