Prezident İlham Əliyev Ayətullah Seyid Əli Xamenei ilə görüşüb

24-02-2016, 17:27
0
Prezident İlham Əliyev Ayətullah Seyid Əli Xamenei ilə görüşüb
Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasına səfərində Ali Rəhbər Seyid Əli Xameneinin görüşü olub.
 
Görüşdə tarixi, dini, mədəni köklərlə bağlı olan ölkələrimiz və xalqlarımız arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıldı. Regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasında birgə səylərin vacibliyi vurğulandı, bu barədə iki ölkə prezidentlərinin görüşlərində də müzakirə aparıldığı bildirildi. Həmçinin səfər çərçivəsində imzalanan sənədlərin ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişafına, Azərbaycan-İran münasibətlərinin möhkəmlənməsi işinə xidmət edəcəyi qeyd olunub.
 
Ayətullah Xamenei görüşdə bildirib ki, İslam Respublikası Azərbaycan xalqını özünə qardaş, dost və qonşudan daha yaxın hesab edir. “Azərbaycan xalqının ümumi rifahı, təhlükəsizliyinin təmini və siyasi sabitliyi bizim üçün çox önəmlidir. İki xalqın qarşılıqlı səmimi münasibəti var və bu hər iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın və ticari dövriyyənin  artmasına  səbəb olmalıdır”.
 
Ayətullah Xamenei İran və Azərbaycan xalqının eyni məzhəbə qulluq etdiklərinə işarə edərək, deyib: "Azərbaycan xalqının İslami və şiəlik inancları olduqca dəyərli sərmayədir. Odur ki, bu məsələyə diqqət yetirilməsi xalqın Azərbaycan dövlətinə yadelli qüvvələr qarşısında dəstəyinə səbəb ola bilər."
 
Prezident Azərbaycan hökumətinin İslam dəyərlərinə hörmətlə yanaşdığını bildirərək, "Azərbaycan xalqı İslam və şiəliyi sevir. Və regionda Sizin kimi böyük şəxsiyyətin varlığı isə bizə böyük güc və enerji verir", - deyib
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri fevralın 23-də başa çatıb.
скачать dle 12.1
Xəbər lenti