Ədliyə mayorundan ölkə başçısına açıq məktub

23-04-2016, 12:17
0
Ədliyə mayorundan ölkə başçısına açıq məktub

Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 8, mənzil 14 ünvanında qeydiyyatda olan işsiz, ədliyyə mayoru, müharibə veteranı Əfəndiyev Fərman Mövlud oğlu ölkə başçısı Ilham Əliyevə açıq məktub yazıb. Fərman Əfəndiyevin məktubunu təqdim edirik: “Hörmətli cənab Prezident, Sizdən Baş Prokurorluq və məhkəmələr tərəfindən mənə qarşı 13 ildir ki, davam edən ədalətsizliyə son qoymağınızı xahiş edirəm!!! Belə ki, mən 1989-cu ildə Kemerovo Dövlət Universitetinin hüquq fakultəsini yaxşı və əla qiymətlərlə bitirdikdən sonra, 1992-ci ildən 2003-cü ilə qədər olan müddət ərzində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda idarə prokuroru vəzifəsində xidmət etmişəm.Işlədiyim müddət ərzində vəzifəmin öhdəsindən layiqincə gələrək heç-bir nöqsana yol verməmişəm.

Lakin 2003-cü ildə, Azərbaycan Respublikası ÿKonstitusiyasının 51-ci və” Prokurorluq haqqında “Qanunun 30-cu maddələrinin tələblərinə uyğun olaraq işdən asudə vaxtlarımda yaradıcılıq fəaliyyəti ilə məşğul olduğuma(Heydər Əliyevə mahnı həsr etdiyim üçün) ğörə, anlaşılmazlıqlar səbəbindən, qanunsuz ,əsassız və ədalətsiz olaraq prokurorluq orqanlarından xaric edilmişəm.

Belə ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşlarıÿƏ.Həsənov və M.Orucov, qanunun aliliyi prisipini pozaraq, mənim yaradıcılıq fəaliyyətimi bilərəkdən kommersiya fəaliyyəti kimi qiymətləndirmiş,mənim 800 manat pulumun Elnur Abbasov tərəfindən mənimsənilməsi faktını bilərəkdən gizlədərəkÿ təhrif etmişlər. Əmrdə mənimÿguya Elnur Abbasovuÿtəhqir etdiyim barədə yalan məlumat qeyd etmişlər.

Prokurorluq “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 27.5-ci maddəsinin tələbinə əsasən intizam tənbehini, prokurorluq işçisi tərəfindən xidməti intizamın pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə biləcəyi halda,ÿmənə intizam tənbehini”pozuntu” aşkar edildii gündənÿ6 aydan çox vaxt keçdikdən sonra tətbiq etmişdir.

Bu açıq faktlarıÿ isə məhkəmələr görmək istəməmişlər!

Bu da azmış kimi Azərbaycan Respublikasının Hərbi prokuroru da mənə qarşı növbəti qanunsuzluğa yol vermiş,mənim hüquqlarımı pozmaqda davam etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin,”Prokurorluq haqqında “Qanunun 12-ci maddəsinin 17-ci bəndinin, ”Hərbi xidmətkeçmə haqqında “Əsəsnamənin 156-cı maddəsinin “ə” bəndinin və digər maddələrinin, Azərbaycan Respublikasıÿ Silahlı Qüvvələrinin Intizam Nizamnaməsinin 93-cü ÿmaddəsinin tələblərini kobudcasına pozmaqla ÿ04.11.2010-cu il tarixli 34 saylı Əmr imzalayaraq məni, arxa tarixlə, 28.03.2003-cü il tarixdən, həmin vaxt onun ÿbelə bir səlahiyyəti ÿolmadığı halda və düzgünÿəsas göstərmədən,Azərbaycan RespublikasıÿSilahlı Qüvvələrindənÿqanunsuz olaraq tərxis etmişdir. Beləliklə də hərbi prokuror məni ÿƏmri imzalandığı 04.11. 2010-cu il tarixdən deyil, 28.03.2003-cü il tarixdən hərbi xidmətdən ehtiyata buraxmaqla mənim vəziyyətimi ağırlaşdırmışdır.Bu ÿsəbəbdən də mən,qanunla mənə verilməli olan, hərbi pensiyanı bu günə kimi ala bilmirəm. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini pisləşdirən hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Elə bu səbəbə görə mübahisələndirilən Əmr ləğv edilməli idi. “Prokurorluq haqqında ”Qanunun 12-ci maddəsinin 17-ci bəndinə əsasən Hərbiÿ prokurorluq orqanlarında qulluq edən vətəndaşların hərbi xidmətə çağırışı, onların ehtiyata və iste’faya buraxılması Azərbaycan Respublikasının Hərbi prokuroru tərəfindən ÿhəyata keçirilir. Lakin bu səlahiyyət Azərbaycan Respublikasının Hərbi prokuroruna 30.09.2005-ci il tarixdə, 1018-IIQD nömrəliÿ qanunla “Prokurorluq haqqında ”Qanunun 12-ci maddəsinin 17-ci bəndinə edilən dəyişiklikdən sonra verilmişdir. Ona görə də mübahisələndirilən Əmr “2003-cü ildən qüvvəyə mindirilə bilməzdi. Həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən prokurorluq Azərbaycan Respublikası Müdafiə nazirinə təqdimatla müraciət etməli və məni ehtiyata buraxmaq üçün tədbir görməli idi. Əmri isə yalnız Azərbaycan Respublikası Müdafiə naziri imzalaya bilərdi. Bu səbəbə görə də mübahisələndirilən Əmr ləğv edilməli idi. Bununla yanaşı qeyd etməliyəm ki, ehtiyata buraxılmağım ”nalayiq hərəkətlərin” edildiyi gündən 10 gün müddətində həyata keçirilməli idi. Cavabdeh isə bunu etməmişdir. Belə ki, Azərbaycan Respublikasının 23.09.1994-cü il tarixli ,885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası ÿSilahlı Qüvvələrinin Intizam Nizamnaməsinin 93-cü bəndinə əsasən hər bir intizam cəzası nalayiq hərəkətin törədilməsi barədə rəsmi məlumat alındığı gündən – bu iş barəsində təhqiqat aparılırsa, təhqiqatın qurtardığı gündən – 10 sutka keçənə qədər verilməlidir. Bu səbəbə görə də mübahisələndirilən Əmr qanunsuzdur və ləğv olunmalı idi.

Qeyd olunanlarla yanaşıÿ diqqətinizə onu da çatdırmalıyam ki,,”Hərbi xidmətkeçmə haqqında “Əsəsnamənin 156-cı maddəsinin ”ə” bəndiÿhərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törədildikdə tətbiq oluna bilər.Mən hərbi qulluqçunun şərəfini ləkələyən heç bir hərəkətə yol verməmişəm və prokurorluqda da belə bir fakt yoxdur. Bu səbəbə görə də mübahisələndirilən Əmr ləğv edilməli idi.

Yuxarıda qeyd etdiyim bu faktlar hakimlər bilərəkdən görmək istəmirlər və bu ədalətsizliyi davam etdirərəkÿbilərəkdən ədalətsiz və qanunsuz qərarlar qəbul edirlər. Bu proses bu gün də davam edir və bu günə kimi ədalətsizlik və qərəzli münasibət səbəbindənÿmənim konstitusiyon hüqqlarımbərpa edilmir. Əlbəttə ki, əgər Baş prokurorun Əmri qanuni və ədalətli olsaydı mən ondan məhkəməyə şikayət etməzdim,ancaq mənim zərrə qədər də qəbahətim olmadığına və Baş prokurora yazdığım ərizəm cavabsız qaldığına görə, pozulmuş hüquqlarımın bərpası üçün, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Eyni ilə də Hərbi prokurorun əmri ilə əlaqədar qanun pozuntusunu aradan qaldırmaq xahişinə dair ərizəmÿqanuni həllini tapmadığı üçün, məhkəməyə müraciət etmək məcburiyyətində qaldım. Məhkəmələrin ədalətsizliyiÿisə məni Sizə müraciət etmək məcburiyyətində qoydu!

Düz 13 ildir ki,məmurların ÿetinasızlığı və laqeydliyi, ziyalıların susqunluğuÿ ilə baş-başayam! Odur ki, mən ədalətin bərpa edilməsi üçün Sizə müraciət edirəm!

Cənab Prezident, bütün bunları nəzərə alaraqÿ ədaləti və qanunun aliliyini təmin etməyinizi xahiş edirəm!

Inanıram ki, Baş prokurorun və Hərbi prokurorun qanunsuz əmrlərinin ləğv edilərək, ədalətin bərqərar edilməsində mənə kömək edəcəksiniz və bu məsələyə laqeyd qalmayacaqsınız!”

скачать dle 12.1
Xəbər lenti