“Şərurlu İsfəndiyar”ın iddiası təmin edilmədi

7-05-2016, 20:18
0
“Şərurlu İsfəndiyar”ın iddiası təmin edilmədi

“Hom Paş Prestij” MTK-nın İsfəndiyar Axundova qarşı apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Bakı Apellyasiya Məhkəməsində hakim Elnur Həsənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, MTK-nın apellyasiya şikayəti təmin edilib. Birinci instansiya məhkəməsinin çıxardığı qətnamə ləğv edilərək, İ.Axundovun iddiası təmin olunmayıb.

Qeyd edək ki, tanınmış iş adamı İsfəndiyar Axundov “Hom Paş Prestij” MTK şirkətini məhkəməyə verib. Xətai Rayon Məhkəməsinə müraciət edən iş adamı mənzillərin və mağazaların ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı təmin edib. Qərardan narazı qalan MTK apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

скачать dle 12.1
Xəbər lenti