Ucuz qiymətlə ödəniş edib bizim əmlakımıza sahib çıxmaq istəyirlər...

28-01-2014, 16:53
0
Ucuz qiymətlə ödəniş edib bizim əmlakımıza sahib çıxmaq istəyirlər...

Sabunçu sakinləri: “Başçı,  salınan yaşıllıqların məhv edərək yerini ayrı-ayrı biznesmenlərə satıb”

Sabunçu rayonunun bir qrup sakini və rayonda fəaliyyət göstərən sahibkarlar icra başçısı Adil Vəliyevin qanunsuz əmələrindən bizim redaksiyaya müraciyət ediblər.

Bu barədə "QaynarXəbər" ın əməkdaşı Rəsul Əliyevə  məlumat verən sakinlər bildiriblər ki, Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Vəliyevin fəaliyyəti rayonda sosial partlayışlara səbəb ola bilər. Sakinlər "QaynarXəbər" ın əməkdaşına bildiriblərki, icra başçısı rayonda abadlıq işləri adı altında yaşıllıqları məhv edir: “Biz Sabunçu  rayonuna yeni  başçı  təyin  olanda  çox  sevindik. Allah tərəfi ilk ayı pis olmadı. Amma, sonradan bu sevincimiz  yasa döndü. Belə ki, icra  başçısı abadlıq  işləri  altında  rayonu başdan-sona kimi qazır, ticarət obyektlərini sökdürür. Bu gün rayon ərazisində bir metr belə boş torpaq sahəsi tapa bilməzsiniz. Vəziyyət o həddə çatıb ki, başçının əmri ilə   vaxtı ilə mərhum prezidentimiz Heydər Əliyevin əmri ilə salınan yaşıllıqlar məhv edilərək yeri ayrı-ayrı biznesmenlərə satılıb”.

Sakinlərin müraciətində Adil Vəliyevin abadlıq işləri adı altında gördükləri işlər də göstərilir: “Adil Vəliyevin sərəncamına əsasən rayonun Fətəliyev  küçəsi  29-30 nömrəli  binalarının  birinci  mərtəbəsində  hər iki tərəfində, pəncərələrimizin  işığını  kəsərək  qarşısında ticarət obyekti tikilir. A.İskəndərov  adına Mədəniyyət  Sarayının qarşısındakı  uşaq parkının da bir hissəsisatılaraq tikinti  meydançasına çevrilib. Mədəniyyət  sarayının  yanındakı və qarşısındakı  avtobus  dayanacaqlarının yeri də satılaraq  yerində  böyük  mağazalar  tikilib. Keçmiş  Sosialist  küçəsindəki  parkın  ərazisindəki  uşaq  parkının ərazisi satılıb, yerində  tikinti  gedir.  Səməd bəy Mehmandarov  prospekti  40-42-38  nömrəli  binaların  qarşısındakı  mini  parkdakı və Kapital  bankın 2  saylı  ofisinin yaxınlığında, transformator  stansiyasının yanındakı  ağaclar kəsilərək ərazi tikinti şirkətinə satılıb.  Sülh küçəsindəki (Damcı Bulaq  restoranının  yanı) balaca  parkın ərazisi hasarlanıb, restoran tikilir”.

Rayon sakinləri deyir ki, rayon boyu hasarlamalar evlərinə  gediş-gəlişi  çətinləşdirib: “Obyektlərə  gələn maşınların  və adamların səsindən nə gecə, nə də gündüz rahatlığımız olur”.

İcra başçısı vətəndaşların şikayətlərinə baxmır, rayon sakinləri sosial problemlərin məngənəsində boğulurlar: “Rayonda təmir və abad etməyə o qədər  zirzəmisi  su  ilə  dolu  binalar, eyvanları daman  evlər,  su üzünə  həsrət həyətlər,  təmirə  ehtiyacı  olan  uşaq  bağçaları, məktəblər  var  ki. Buyurun  sökün  tikin”.

Adil Vəliyev 60 obyektin sökülməsi haqqında göstəriş verib

Sabunçu rayon sakinlərinin şikayətinə qoşulan, bu rayonda fəaliyyət göstərən bir qrup sahibkar isə icra başçısı Adil Vəliyevin sərəncamına əsasən Bakıxanov qəsəbəsindəki dəmir yolu meydanı yaxınlığındakı ticarət obyektlərinin sökülməsi ilə bağlı göstəriş verdiyini deyirlər: “20 ilə yaxındır  ailələrimizi  buradan dolandırırıq. İndi icra başçısı obyektlərimizi, 60-a  yaxın tikilmiş  mağazamızı söküb, yerində  3  mərtəbəli  böyük  ticarət  mərkəzi tikmək üçün  hansısa   imkanlı  şəxsə   satmaq  istəyir. Ucuz qiymətlə  ödəniş  edib  bizim əmlakımıza  sahib  çıxmaq istəyirlər. Adını da qoyublar ki, guya dövlət projesidir”.

Onu da qeyd edək ki, Adil Vəliyev əvvəllər biznesmen olub. 2003-2012-ci illər ərzində özü təsis etdiyi “Euro style” LTD şirkətində çalışıb.

2012-ci ilin aprel ayında Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Bakı şəhəri Sabunçu Rayonu İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin edilib.

Mövzu ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə zəng vursaq da qəzetimizə açıqlama verən tapılmadı. Qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq.

"QaynarXəbər" Rəsul Əliyev

скачать dle 12.1
Xəbər lenti