Azərbaycan İslam Partiyası qardaş türk xalqına başsağlığı verdi

9-09-2015, 17:57
0
Azərbaycan İslam Partiyası qardaş türk xalqına başsağlığı verdi
Azərbaycan İslam Partiyası Türkiyədə baş verən terror hərəkatlarını və qruplaşmalarını gizli və açıq formada dəstəkləyən müsəlman islam düşmənlərinə qəti etirazını bildirməklə terrorçularla mübarizədə qardaş türk xalqı ilə bir yerdə olduğunu bildirərək, şəhidlərin ailələrinə, yaxınlarına, ümumiyyətlə türk xalqına, xüsusilə gözüyaşlı analara baş sağlığı verib.  
 
AİP-in Mətbuat Xidmətindən  daxil olan başsağlığının mətnini sizlərə təqdim edirik.
 
“Müsəlmanların və İslam dininin düşmənləri olan PKK və “İŞİD” kimi terrorçu qruplaşmalar imperialist güclərin dəstəyi ilə nahaq qanlar axıtmaqda davam edirlər. Bu günlərdə Türkiyənin Şanlı Urfa şəhərinin Suruc rayonunda 25 nəfərin qətli ilə nəticələnən terror bizləri də qardaş türk xalqı kimi ciddi kədərləndirmişdir. Günahsız insanların qətliam olunmasını biz müsəlmanlara və türk xalqına qarşı yönləndirilən təcavüz, düşmənçilik kimi qiymətləndirir, onları silahlandıran dünyanın imperialist, sionist dairələrini ittiham edirik. Anti-terror koalisiyasını yaradanlar bundan sui-istifadə edərək dinc xalqlara təcavüz etməkdənsə terrorçu qrup və ordular yaratmaqdan əl çəkməlidirlər. AİP olaraq terrorçulara, islam düşmənlərinə qarşı mübarizə üçün bütün müsəlman qardaşlarımızı birliyə çağırırıq. Terror nəticəsində şəhid olanlara bir daha Allahdan rəhmət diləyir, ailələrinə, yaxınlarına, bütün türk xalqına, xüsusən gözü yaşlı analara baş sağlığı verir, yaralılara şəfa arzu edirik.”
скачать dle 12.1
Xəbər lenti