Gələn il iqtisadiyyatı daha ağır vəziyyət gözləyir

29-09-2016, 23:35
0
Gələn il iqtisadiyyatı daha ağır vəziyyət gözləyir

Gələn il iqtisadi fəallıq daha da zəifləyəcək. Bunu Facebook səhifəsindən iqtisadçı-ekspert Nemət Əliyev yazıb. Ekspertin sözlərinə görə, növbəti ilin dövlət büdcəsində hökumət investisiya xərclərini daha 1,1 milyard manat ixtisar edəcək. Cəmi 1,9 milyard manat əsaslı vəsait qoyuluşu planlaşdırılır ki, bu da cari ilin büdcəsi ilə müqayisədə 38%, ötən ilin büdcəsi ilə müqayisədə 73% azdır.
Müdafiə xərcləri 27,5%, sosial müdafiə və sosial təminat xərcləri 21,5%, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi xərcləri 30,5%, mənzil və kommunal təsərrüfat xərcləri 32% azaldılacaq.

скачать dle 12.1
Xəbər lenti