Həbs olunan gənclə görüşmək üçün vəkili 7 saat gözlətdilər

15-10-2016, 15:45
0
Həbs olunan gənclə görüşmək üçün vəkili 7 saat gözlətdilər

Oktyabrın 11-i səhər saatlarında həbs edilərək 30 sutka həbs cəzası verilən AXCP Gənclər Komitəsinin üzvü Xətai Nəbiyevin vəkillə görüşməsi üçün süni maneə yaradılırdı. Vəkil Əsabəli Mustafayev nəhayət bu gün gənc fəalla görüşməyə imkan tapıb. Ancaq bu ona çox çətin başa gəlib. Bu barədə o, öz facebook səhifəsində məlumat verib:

 

“Bu gün Sumqayıt polis idarəsində inzibati həbs cəzası çəkən Xətai Nəbiyev ilə görüşdüm. Mənim üçün böyük çəkişmə günü oldu. Hüquqi müstəvidə çəkişmə yox. Əsəblərin çəkişməsi. Yenə Sumqayıt polis idarəsinin rəhbərliyi inzibati həbs olunmuş şəxslə görüşə israrla maneçilik yaratdı. Məni uzun saatlarla qapı ağzında ayaqüstə gözlətməklə bezdirmək, müdafiə etdiyim şəxslə görüşmək niyyətimdən əl çəkdirmək istədilər. Alınmadı, onlar bezdilər və yoruldular. Saat 10:30-da başlanan çəkişmə marafonu saat 17:50-də Xətai Nəbiyev ilə görüşlə nəticələndi. Bu dəfə də görüş yalnız Ombudsman aparatının əməkdaşlarının köməyi nəticəsində baş tutdu. Bundan ötrü onlara minnətdaram. Bu gün həm də hüququn, qanunların, vəkilliyin nə qədər acınacaqlı durumda olması bir daha nümayiş etdirildi.”

скачать dle 12.1
Xəbər lenti