Gözəl Bayramlı Suraxanı polisinə çağırılıb

1-11-2016, 22:46
0
Gözəl Bayramlı Suraxanı polisinə çağırılıb

AXCP sədrinin müavini Gözəl Bayramlı Suraxanı Rayon Polis İdarəsinin təhqiqat şöbəsinə dəvət olunub. Bu barədə AXCP yetkilisi özünün “Facebook” səhifəsində yazıb.

Gözəl Bayramlının polisə dəvət edilməsi bir neçə gün əvvəl naməlum şəxs tərəfindən açıq nömrədən ölümlə hədələnməsidir. Gözəl Bayramlı bu barədə dərhal hüquq-mühafizə orqanlarına müraciət etsə də, nədənsə məsələnin araşdırılması bir qədər yubandı. Gözəl Bayramlı isə bu yubanmanı məsələnin arxasında hakimiyyətin dayanması ilə izah etdi. Görünür, AXCP fəalının bu bəyanatı polisi hərəkətə gətirib. Qeyd edək ki, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirli də həbs olunmamışdan əvvəl naməlum şəxslər tərəfindən izlənilirdi. Faiq Əmirli bu barədə hüquq-mühafizə orqanlarına müraciət etsə də, araşdırılmamış qaldı. Sonda Faiq Əmirlinin özü həbs olundu.

скачать dle 12.1
Xəbər lenti