Rabitə Nazirliyində 163 milyon manatlıq yeyinti

16-11-2016, 17:12
0
Rabitə Nazirliyində 163 milyon manatlıq yeyinti

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası fasilədən sonra davam etdirilib.
APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda bildirilib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyitəqsirləndirilən şəxslərə qarşı 163 milyon manat mülki iddia qaldırıb.

Qeyd edək ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov, birliyin baş mühasibi Anar Mustafayev, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov ,“Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov, “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov və MMC-nin baş mühasibi Səhrab Hümbətov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunurlar, onların barəsində həbs qətimkan tədbiri seçilib.

скачать dle 12.1
Xəbər lenti