Avropa İttifaqı İlqar Məmmədovu həbsdən azad etməyə çağırır

22-11-2016, 16:31
0
Avropa İttifaqı İlqar Məmmədovu həbsdən azad etməyə çağırır

Avropa İttifaqı (Aİ) Azərbaycan hökumətini müxalifətçi İlqar Məmmədovu azad etməyə və Avropa Şurasının üzvü kimi öz öhdəliklərini yerinə yetirməyə çağırır.

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham edilərək 7 il azadlıqdan məhrum edilib. O ittihamə qəbul etmir və siyasi sifariş adlandırır.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İlqar Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Avropa Şurasının Nazirlər Kabineti dəfələrlə Azərbaycan hökumətini İlqar Məmmədovu azadlığa buraxmağa çağırıb.

Ilqar Məmmədov

Ilqar Məmmədov

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra onun işi baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb. Bu il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə noyabrın 18-də şikayəti təmin etməyib.

Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il 20-21 sentyabr iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu etiraf edib. Nazirlər Komitəsi Bakının AHİM-in qərarının icrasından imtina etməsini müzakirə edərək, İlqar Məmmədovun azadlığa buraxılmamasını AİHM-in qərarlarının məcburi icrasını tələb edən Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının 46.1-ci maddəsinin pozulması kimi qiymətləndirib.

Komitə Azərbaycan hakimiyyətini öz öhdəliklərini könüllü yerinə yetirməyə çağırıb.

Aİ-nin 21 noyabr tarixli bəyanatında deyilir ki, Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində öz öhdəliklərinə əməl etməyə və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməyə “borcludur”.

“Azərbaycan Ali Məhkəməsinin İlqar Məmmədovun apellyasiya məhkəməsinin qəraraından şikayətini təmin etməkdən imtina eməsi Avropa İnsan Hüquqları Məhkəməsinin 2014-cü il qərarına ziddir”, bəyanatda vurğulanır.

Bu, Aİ-nin REAL Hərəkatının lideri İlqar Məmmədovun işi üzrə birinci bəyanatı deyil. Ötən gün Avropa Şurasının baş katibi Tornbörn Yaqland da hakimiyyətin İ.Məmmədovu azad etməməsini pisləyib.

скачать dle 12.1
Xəbər lenti