Jurnalistin “vurduğu zərər”in miqdarı məlum deyil

6-12-2016, 16:54
0
Jurnalistin “vurduğu zərər”in miqdarı məlum deyil

Bu gün bakı Ağır Cinayətlər məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə jurnalist Fikrət Fərəməzoğlunun (İbişbəyli) məhkəmə prosesi keçirilib. Vəkil Elçin Sadıqov əməliyyat axtarış tədbiri keçirilən zaman Fikrət İbişbəylinin əvəzindən protokola imza atılmasını bildirərək həmin imzanın ekspertizasının keçirilməsi barədə vəsatət verib. Vəsatət hazırkı mərhələdə  təmin olunmayıb. Zərərçəkmişlərə dəymiş ziyanın məbləği barədə mülki iddianın olmadığına görə hakim zərər çəkmişlərə mülki iddia qaldırmaları üçün faktiki şərait yaradıb. Proses dekabrın 15-nə kimi təxirə salınıb.

Qeyd edək ki, F.Fərəməzoğluna Cinayət Məcəlləsinin 182.2.1-ci (Hədə-qorxu ilə tələb etmə; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə; təkrar törədildikdə) və 182.2.4-cü ( Hədə-qorxu ilə tələb etmə; zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilir.

скачать dle 12.1
Xəbər lenti