İki rəis müavini işdən çıxarılıb

6-12-2016, 17:24
0
İki rəis müavini işdən çıxarılıb

Bərdə Rayon Polis Şöbəsində (RPŞ) kadr dəyişikliyi olub.

Şöbə rəsinin əməliyyat işləri üzrə müavini Natiq Hüseynov işdən zad edilərək təqaüdə göndərilib.

Bundan başqa, şöbə rəisinin kadrlar üzrə müavini Ramiz Abbasov və cinayət-axtarış bölməsinin rəisi Məhərrəm Məmmədov da tutduqları vəzifədən azad ediliblər. Onlar başqa rayonlara təyinat alıblar.

RPŞ-nin istintaq bölməsinin rəisi, polis mayoru Zaur Nəsirov əməliyyat işləri üzrə müavin, Xəzər Rayon Polis Şöbəsinin (RPŞ) polis mayoru Bayram Mirzəyev isə Bərdə Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin rəisi vəzifəsinə təyin olunub.

Xatırladaq ki, bu ilin sentyabır ayında daxili işlər naziri Ramil Usubovun əmri ilə İlqar Məmmədov Bərdə RPŞ-yə rəis təyin olunub.

скачать dle 12.1
Xəbər lenti