2016-cı ilin hərbi itkiləri: Azərbaycan 147, Ermənistan 165 hərbçisini itirib – STATİSTİKA

3-01-2017, 15:26
0
2016-cı ilin hərbi itkiləri: Azərbaycan 147, Ermənistan 165 hərbçisini itirib – STATİSTİKA

Xəzər“ Hərbi Tədqiqatlar İnstitutunun (Caspian Defense Studies Institute – CDSI) Azərbaycan, Gürcüstan və Ermənistanın rəsmi qurumlarının məlumatları, Kütləvi İnformasiya Vasitələri üzərində apardığı monitorinqin nəticələrinə görə, 2016-cı ildə 3 ölkənin Təhlükəsizlik və Müdafiə sektoru ümumilikdə 318 hərbi qulluqçusunu itirib. Onların 221 nəfəri atəşkəs pozuntusu (o cümlədən mina partlayışı), 97 nəfəri isə qeyri-döyüş itkiləridir.shehidler-yeni41

Qeyd: Döyüş itkiləri əsasən aprelin 2-5-də Azərbaycan və Ermənistan hərbi qüvvələrinin təmas xəttində aparılan hərbi əməliyyatlar zamanı ortaya çıxıb. Mətbuatda dərc olunan məlumatlara görə (adlı siyahı üzrə), həmin hərbi əməliyyatlarda (2-5 aprel) Azərbaycan tərəfi 92, Ermənistan tərəfi isə 77 hərbi qulluqçusunu itirib. Hər iki tərəfin müvafiq dövr üçün hərbi itkilərinin daha çox olması ehtimalı var. Azərbaycan və Ermənistan Müdafiə Nazirlikləri qarşılıqlı olaraq qarşı tərəfin daha çox hərbi itki verdiklərini iddia edir.

Qeyd: Aprelin 2-5-də baş verən hərbi əməliyyatlar zamanı Azərbaycan və Ermənistana aid xeyli sayda hərbi qulluqçu məhz mina partlayışından dünyasını dəyişib və ya yaralanıb. Bu istiqamətdə dəqiq, adlı məlumatları tam aydınlaşdırmaq mümkün olmayıb. Hələlik ortada bütün itkiləri əks etdirəcək rəsmi statistika yoxdur.

Azərbaycan

Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda 147 hərbi qulluqçu dünyasını dəyişib. Dünyasını dəyişənlərin 109 nəfəri döyüş, 38 nəfəri isə qeyri döyüş itkisidir.

Silahlı Qüvvələrin 109 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub (bəziləri mina partlayışından dünyasını dəyişib). Bundan başqa 4 hərbi qulluqçu avtomobil qəzası, 5 hərbçi xəstəlik nəticəsində, 10 nəfərin intihar etdiyi, 3 nəfərin ehtiyatsızlıqdan, 5 nəfərin isə bədbəxt hadisədən dünyasını dəyişdiyi bildirilir. 8 nəfərsə əsgər yoldaşının açdığı atəş nəticəsində dünyasını dəyişib. 4 nəfərin isə naməlum səbəbdən dünyasını dəyişdiyi bildirilir.

Dünyasını dəyişənlərin 84 nəfəri əsgər, 18-i müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu, 12 gizir, 33 nəfərsə zabit olub. Dünyasını dəyişənlərin 142 nəfəri Müdafiə Nazirliyinin, 2-i Daxili Qoşunların, 1-i Ədliyyə Nazirliyinin, 2-i isə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları olublar.

Ötən dövrdə ümumilikdə 60 hərbi qulluqçu yaralanıb (və ya xəsarət alıb). 50 hərbçi erməni tərəfinin gülləsindən yaralanıb, 5 nəfər minaya düşüb. bundan başqa 2 hərbçi (MN və ƏN) avtoqəza nəticəsində xəsarət alıb, bir nəfərsə (DTX) təlim zamanı qumbara partlaması nəticəsində xəsarət alıb. Bir əsgər polislər tərəfindən döyülüb, bir nəfərsə ağır vəziyyətdə hospitala yerləşdirilib. Onlarla bağlı Müdafiə Nazirliyinin açıqlaması yoxdur.

Qeyd: 2-5 aprel tarixlərində aparılan hərbi əməliyyatlar nəticəsində Azərbaycan tərəfindən yaralanan və ya xəsarət alan hərbi qulluqçuların sayının daha çox olması ehtimalı var. Bu istiqamətdə hər hansı rəsmi statistika yoxdur.

Ötən dövrdə ən azı (aprel ayı ərzində) 18 dinc sakin həlak olub, 26 nəfər yaralanıb. Belə ki, Tərtərdə 16 nəfər, Ağdamda 2 dinc sakin erməni hərbi birləşmələrinin atəşi nəticəsində həlak olub. Tərtərdə 7 nəfər, Ağdamda isə 1 nəfər yaralanıb.

Ermənistan

Ermənistan Silahlı Qüvvələrinin 165 hərbi qulluqçusu dünyasını dəyişib. Dünyasını dəyişənlərin 112-si döyüş, 53 nəfəri isə qeyri-döyüş itkisidir.

112 hərbçi Azərbaycan tərəfinin atəşindən (eyni zamanda mina partlayışından), 13 nəfərsə avtomobil qəzasından dünyasını dəyişib. Bundan başqa 12 nəfər intihar edib, 22 nəfər əsgər yoldaşı tərəfindən qətlə yetirilib. 4 nəfərsə bədbəxt hadisə (elektrik cərəyanı və naməlum səbəblər) nəticəsində dünyasını dəyişib. 2 nəfər xəstəlik səbəbindən dünyasını dəyişib.

Dünyasını dəyişənlərin 27-i zabit, 31 nəfəri müqaviləli əsgər, 107 nəfəri isə müddətli xidmət hərbi qulluqçusu olublar. Ölənlərin hamısı Ermənistan Müdafiə Nazirliyinin (o cümlədən Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisindəki hərbi birləşmələrin) hərbi qulluqçuları olub. İnsidentlərin 122-si Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik rayonların ərazisində, 43-ü isə Ermənistan ərazisində baş verib.

Ötən dövrdə Ermənistan Silahlı Qüvvələrinin 173 hərbi qulluqçusu yaralanıb və ya xəsarət alıb. 15 hərbi qulluqçu avtomobil qəzasında xəsarət alıb, 7 nəfər bədbəxt hadisədən. 151 əsgərsə cəbhə xəttində yaralanıb.

Qeyd: 2016-cı il ərzində ümumilikdə 20-yə yaxın erməni könüllüsü cəbhə xəttində həlak olub, 15 könüllü yaralanıb.

Gürcüstan

Müvafiq dövrdə Gürcüstan ordusunun 6 hərbi qulluqçusu dünyasını dəyişib.

Bir nəfər H1N1 virusundan, 3 nəfər bədbəxt hadisədən, 2 nəfər avtomobil qəzasından dünyasını dəyişib. Onların 1 nəfəri mayor rütəsində, qalan 5 nəfəri isə əsgər olublar. Hamısı Müdafiə Nazirliyinin hərbi qulluqçularıdırlar.

Qeyd: Gürcüstan Silahlı Qüvvələrində hərbi itkilərin statistikasının fərqli olması istisna deyildir. Bu istiqamətdə araşdırmalar davam edir.

скачать dle 12.1
Xəbər lenti