AİHM “heykəl məhbusları”nın şikayətlərini icraata qəbul edib

2-02-2017, 16:09
0
AİHM “heykəl məhbusları”nın şikayətlərini icraata qəbul edib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM)  həbsdə olan  gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədovun şikayətlərini icraata qəbul edib.

Şikayət məhkəməyə qədərki saxlanma və əsassız həbs zamanı onlara işgəncələrin verilməsi ilə bağlıdır. Məhkəmədə onların maraqlarını vəkillər Elçin Sadıqov və Zibeydə Sadıqova müdafiə edirlər.

E.Sadıqov Turan-a bildirib ki, şikayətdə gənclərin Avropa insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3 (işgəncələrin qadağan edilməsi) ,  6 (azadlıq və şəxsi toxunulmazlıq hüququ), 10 (fikrin ifadə olunması azadlığı) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətdən istifadə həddi) maddələrində zəmanət verilmiş hüquqlarının pozulması məsələsi qoyulur.

Bundan əlavə, vəkillər məhkəmə Reglamentinin 41-ci qaydasına əsasən şikayətlərə prioritet qaydada baxılması haqda qərar qəbul edilməsi xahişilə AİHM-ə müraciət ediblər.

Konvensiyanın 36-cı maddəsinin şikayətlərə baxılması zamanı üçüncü tərəfin iştrakına yol verir. Odur ki, vəkillər beynəlxalq hüquq-müdafiə təşkilatlarını B.Məmmədovun və Q.İbrahimovun şikayətlərinə baxılmasına cəlb edilmək xahişilə AİHM-ə müraciət etməyə çağırıblar.

* NİDA Hərəkatının fəalları Bakının mərkəzində Heydər Əliyevin abidəsinin üzərinə siyasi şüarlar yazdıqdan sonra növbəti gün həbs olunublar. Lakin onlar külli miqdarda qanunsuz narkotik maddə ittihamı ilə 10 il azadlıqdan məhrum ediliblər.

Yerli hüquq-mdafiə təşkilatları onları siyasi məhbuslar kimi tanıyıb.

Amnesty İnternational  təşkilatı onları vicdan məhbusları kimi tanıyıb.

скачать dle 12.1
Xəbər lenti