Azərbaycan və Rusiya XİN rəhbərləri qarşılıqlı jest edir

6-03-2017, 17:31
0
Azərbaycan və Rusiya XİN rəhbərləri qarşılıqlı jest edir

Üzeyir Cəfərov: “Rusiya Azərbaycan ictimaiyyətinin heysiyyatı ilə oynayır”

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın Dağlıq Qarabağ probleminin həlli üçün ciddi səylər göstərdiyinin deyib. E.Məmmədyarov Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında hər şeyin yalnız Azərbaycandan və ya vasitəçilərdən asılı olmadığını, Ermənistanın da münaqişənin həlli yolunda addım atmasını deyib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Azərbaycanın Rusiyanın vacib strateji tərəfdaşı olduğunu, hər iki ölkənin mövqeyinin bir çox məsələlərdə üst-üstə düşdüyünü deyib. S.Lavrov söyləyib ki, Rusiya bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəaliyyətini davam etdirəcək.
Məsələni şərh edən hərbi ekspert Üzeyir Cəfərov Moskvada kecirilən görüşü nəticə etibarilə əhəmiyyətsiz və mənasız hesab edir. Ekspert Rusiyanın öz üzərinə düşən vəzifəni yerinə yetirmədiyini, həmişəki kimi, separatçıları dəstəklədiyini deyir:
“Rusiya Azərbaycan ictimaiyyətinin heysiyyatı ilə oynayır. O, Dağlıq Qarabağ məsələsinin tormozlanmasında əsas rol oynayan qüvvədir. Ermənipərəst olduğunu zaman-zaman ortaya qoyan Rusiya bu problemi həll etməkdə maraqlı deyil. Məhz Rusiya vasitəsilə Ermənistan Qarabağın rəsmiləşdirilməsini həyata keçirir. Beynəlxalq qurumlarla sərt danışmaq, bu rüsvayçılıqdan qurtarmaq lazımdır. Elmar Məmmədyarovun dedikləri Rusiyanı qıcıqlandırmamaq üçün düşünülmüş fikirlərdir. Separatçılara dəstək verən Rusiyanın əsl mahiyyətini açıq demək lazımdır. Xarici işlər nazirləri olaraq bir-birinə jest etməklə kifayətlənməyə yetər ki son qoyulmalıdır”.

скачать dle 12.1
Xəbər lenti