Avropa Məhkəməsi Murad Ədilovun şikayətini qəbul edib

12-09-2015, 12:51
0
Avropa Məhkəməsi Murad Ədilovun şikayətini qəbul edib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanda həbs edilmiş Xalq Cəbhəsi Partiyasının fəalı Murad Ədilovun ona qarşı işgəncələr haqqında şikayətini icraata qəbul edib.

Vəkil Yalçın İmanovun Turan-a verdiyi məlumata görə, şikayətdə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının 3-cü maddəsinin (işgəncələrin qadağan edilməsi) pozulduğu bildirilir.

Vəkilin sözlərinə görə, Ədilov 11 avqust 2014-cü ildə saxlanıldıqdan sonra təsdiqedici ifadə almaq məqsədilə Sabirabad polis şöbəsində bir saat ərzində işgəncələrə məruz qalıb.

Müdafiə tərəfin şikayətlərinə baxmayaraq, prokurorluq bu faktla bağlı cinayət işi açmaqdan imtina edib, Azərbaycan məhkəmələri isə prokurorluğun qərarından verilmiş şikayətləri təmin etməyiblər. Bununla əlaqədar olaraq müdafiə tərəfi AİHM-ə müraciət edib.

Bir müddət əvvəl AİHM Ədilovun 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ) maddə üzrə pozuntular haqqında ərizəsini qəbul edib.

Müdafə tərəfi M.Ədilova qarşı cinayət işinin mahiyyəti üzrə üçüncü bir şikayət vermək niyyətindədir.

скачать dle 12.1
Xəbər lenti