Elgiz Qəhrəmanın apeiyasiya şikayəti təmin edilməyib

18-05-2017, 15:41
0
Elgiz Qəhrəmanın apeiyasiya şikayəti təmin edilməyib

Bu gün Bakı Apellyasiya Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, E.Qəhrəmanın apellyasiya şikayəti təmin edilməyib, birinci istansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
Qeyd edək ki, E.Qəhrəman narkotik maddələrinin qanunsuz dövriyyəsində təqsirləndirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

скачать dle 12.1
Xəbər lenti