Polislər posta çıxmaqdan imtina edir

19-03-2018, 21:31
7 056
Polislər posta çıxmaqdan imtina edir

Binəqədi rayon Mühafizə idarəsinin polisləri maaşlarının verilməməsinə görə posta çıxmaq istəmirlər. Bu barədə redaksiyamıza daxil olan məlumatda bildirilib. Mənbə qeyd edib ki, əvvəllər mühafizə polisinin əmək haqları hər ayın 20-də verilərdi. Son aylar isə maaşlar xeyli geçikir. Fevral ayının əmək haqları martın 7-də verilib. İlk narazılıqlar o zaman başlanıb. Rəhbərlik narazı polisləri inandıra bilib ki, mart ayının maaşı bayrama kimi hesablara köçəcək. Lakin məlum olub ki, yenə aldanılıblar. Bu gün axrıncı iş günü olduğu üçün ən yaxşı halda maaşların ödənilməsi bayramdan sonraya qalıb. Bu isə polisləri bu addımı atmağa məcbur edib.
Günün sonu olduğu üçün Binəqədi Polis İdarəsi ilə əlaqə saxlaya bilmədik.
Xatırladırıq ki, Binəqədi rayon Mühafizə İdarəsinin rəisi Samir Xanbabayevdir. Məşhur içra başçılarından biri Şəmsəddin Xanbabayevin oğludur. Bir müddət əvvəl onun adı bir kriminal olayda hallanmışdı. Lakin Xanbabayevlər bu hadisəni təkzib etmişdi.

 

скачать dle 12.1
Xəbər lenti