“Bunu özümə qarşı mənəvi işgəncə kimi qiymətləndirirəm”

21-07-2018, 12:36
34 541
“Bunu özümə qarşı mənəvi işgəncə kimi qiymətləndirirəm”

“İyulun 20-də Bakı şəhər Prolurorluğunda şahid qismində üç saatdan artıq dindirildikdən sonra azad buraxılmışam. Amma deyiblər ki, bu gün yenə istintaqa çağıracaqlar.” Bu barədə bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəyli “Amerikanın Səsi”nə müsahibəsində bildirib.

Hacıbəyli deyib ki, prokurorluq faktiki olaraq ona təzyiq edir.

“Əvvəlki dindirmələr zamanı sualları bastainfo.com saytında prokurorluğun açıqlaması ilə bağlı dərc olunmuş üç yazı ilə bağlı idi. Bu gün mənə bir-iki il əvvəl bastaonfo.com saytında dərc olunmuş yazılarla bağlı mətləbə heç bir dəxli olmayan suallar verirlər. Özümə də təzyiq var. Faktiki artıq neçənci gündür ki, məni gərginlikdə saxlayırlar. Hətta özlərinin irəli sürdüyü ittihama aidiyyatı olmayan suallarla məni girinc edirlər. Mən bunu mənəvi işgəncə kimi qiymətləndirirəm,” o, qeyd edib.

Baş redaktorun sözlərinə görə, iyulun 14-də Bakı şəhər Prokuruluğunda bastainfo.com saytının digər əməkdaşları da dindirilib.

“İyulun 9-dan başlayaraq demək olar ki, hər gün Bakı Şəhər Prokurorluğunda şahid qismində dindirilirəm. İyulun 10-dan bastainfo.com saytına Azərbaycandan giriş bloklanıb. İyulun 13-də və 14-də prokurorluq bastainfo.com saytı ilə əməkdaşlıq edən Müsavat Partiyasının fəalları olan Heybət Əmrahı, Rüfət Baxışbəylini, Könül Alını, Tural Hacıbəylini şahid qismində dindirib,” o, qeyd edib.

скачать dle 12.1
Xəbər lenti