KXCP- çi gəncin ailə üzüvlərinə ciddi təzyiqlər başlayıb.

7-06-2019, 11:44
41 725
KXCP- çi gəncin ailə üzüvlərinə ciddi təzyiqlər başlayıb.

Salyan rayon KXCP-nin siyasi fəalı, hal-hazırda Fransada mühacirətdə siyasi faliyyətini davam etdirən Abasov Mahir Allahkərim oğlunun yaxınlarına qarşı təzyiqlər davam edir. Müsahibim öz həyətyanı sahəsində sahibkarlıqla məşğul olan Əhmədov Vaqif Əziz oğludur. Ə.Vaqif bacısı oğlu A.Mahirin mitinqlərdəki fəal iştirakına görə həbs olunacağını, bu səbəbdən, valideyinlərinə olan təzyiqlərə görə ölkəni tərk etdikdən sonra ona və ailə üzvlərinə qarşı qərəzli işkəncələrin davamlı olduğunu bildirdi. Axır vaxtlar Avropada yaşayan mühacirlərin Azərbaycandakı haqsızlığa qarşı keçirdikləri etiraz aksiyalarının sosial şəbəkələrdə geniş yayılmasından, bacısı oğlu A.Mahirin də bu aksiyalarda fəal iştirak etdiyinə görə özünün və ailəsinin məruz qaldığı son hadisələrdən danışdı. Belə ki, Ə.Vaqif sahə müvəkili tərəfindən heç bir sənəd təqdim olunmadan Salyan RPB-nə aparılmışdır. Polis bölməsində onu şər və böhtan xarakterli ittihamlarla qeyri-qanuni 10 sutka həbs etmişlər. 54-yaşlı müsahibim həbsdə olduğu zaman məruz qaldığı ağla sığmayan işkəncələrdən danışdı. Bu ölkədə verilən cəzaların belə məqsədli olduğunu ağlıma gətirdim. Polis bölməsində Ə.Vaqifə və anası Ə.Fazilə Cabbar qızına nəvəsi A.Mahirin siyasi aktivliyini dondurması barədə şifahi olaraq ciddi xəbərdarlıq edilmişdir. Əks halda bu təzyiqlərin daha sərt olacağını bildirmişlər. Ə.Vaqif yenə də işkəncələrə məruz qaldığını, sahibkarlıq obyektinin qeyri-qanuni bağlandığını, özünün və daha altı ailənin maddi çətinliyə düşdüyünü bildirdi. Bu özbaşınalığa dözə bilməyən 84-yaşlı Fazilə ana həyacandan infarkt keçirtmişdir. Hal-hazırda yataq xəstəsidir. Mən jurnalist olaraq, demokratiyanın mövcud olmadığı bir ölkədə, Ə.Vaqfin və 84-yaşlı xəstə  Ə.Fazilə ananın başına Fransada yaşayan A.Mahirin siyasi əqidəsinə görə nələr gələcəyini deməyə çətinlik çəkirəm.

скачать dle 12.1
Xəbər lenti