Daha bir jurnalist susdurulur

4-09-2018, 11:27
33 537
Daha bir jurnalist susdurulur

Dünən 03 sentyabr 2018-ci il tarixində jurnalist Bəxtiyar Məmmədov siyasi baxışlarına, tənqidedici məqalələrinə və yazılarına görə Bakı şəhər Baş Prokurorluğuna çağrılmışdır. Orada jurnalistə təzyiqlər göstərilmiş, alçaldıcı münasibətlə yanaşı jurnalistin fəaliyyətini dayandırması tələb edilmişdir. Bəxtiyar orada bir neçə saat qanunsuz olaraq saxlanmışdır. Xəbərdarlıq edilən Məmmədov bir neçə saat sonra buraxılmışdır.

O, bir neçə il fəaliyyət göstərən “Fakt Xəbər” qəzetinin və hazırda əsasən siyasi müstəvidə fəaliyyət göstərən “www.faktxeber.info” xəbər motivli internet səhifəsinin təsisçisi və baş redaktorudur.

Qeyd edək ki, Bəxtiyar Məmmədov 2013-cü ildən etibarən jurnalist kimi fəaliyyət göstərir.  O, daha əvvəl bir neçə dəfə bu cür sıxışdırılmalara məruz qalmış, siyasi baxışlarına görə həbs olunmuşdur.

скачать dle 12.1
Xəbər lenti