Şərəf, ləqayət, inam və iman ADAMI - Bərdə Rayon Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Şəmil Ziyadov...

17-06-2020, 10:00
80 138
Şərəf, ləqayət, inam və iman ADAMI - Bərdə Rayon Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Şəmil Ziyadov...

Şərəf, ləqayət, inam və iman ADAMI - Bərdə Rayon Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Şəmil Ziyadov...

 

 

..Dünyaya göz açan hər bir kəsin öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası da saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Bərdə Rayon Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Şəmil Ziyadov Vətənə ləyaqət nümunəsi sayılacaq məmurlardandır.

 

...Adının cəkilməsini istəməyən Azərbaycanın tanınmış jurnalistlərindən biri Şəmil Ziyadovu yaxından tanıdıgını deyir: “Fürsət düşdükdə  Şəmil müəllimlə görüşürəm. Söz-sənət sahiblərinə qiymət verməyi bacaran adamdir. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Bircə zəif cəhəti var ki, başqa bir məmur sərt tədbirlər görəcəyi halda, o insani xüsusiyyətindən irəli gələrək başa salır ki, belə olmaz, belə deyil. Mümkün və sona qədər ancaq başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir rəhbərdir. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə də islah etmək olar”.

 

Bəli, dogurdan da cəmiyyətdə sayılıb-seçilməyin yolu dürüstlükdən keçir. Şəmil Ziyadov millətimizin yətişdirdiyi bir ziyalıdır. Şəmil Ziyadov sıradan bir şəxs deyil, bütün ömrünü insanların saglamlıgı işinə sərf edib. O, əsl Vətən daşıdır. Onun qəlbi böyükdür. Çünki o, hamının acısına acımağı, sevincinə sevinməyi bacarır. Bu adam bütün varlığı ilə Vətənə bağlı adamdır. Bu adam bu dünyadakı var dövləti yox, insanlıgı, xeyrxahlıgı sevir, bu amalla yaşayır.

 

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

 

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik.

 

  Bərdə Rayon Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Şəmil Ziyadov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

 

O, yüksək biliyi və təhsili, yüksək siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

 

O, rəhbər kimi ani və düzgün qərar qəbul edə bilən nadir insanlardandı!

 

Prezident İlham Əliyevdən nümunə götürən  Şəmil Ziyadovun böyüklüyü onun sadəliyində və insanlara səmimi münasibətindədir!

 

O, bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

 

Bəli, Bərdə Rayon Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Şəmil Ziyadov istər rəhbəri oldugu kollektiv, istərsə də ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o bu vəzifəyə təsadüfi göndərilməyib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar.

 

   Bərdə Rayon Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Şəmil Ziyadov bütün ölkədə belə xarakterizə olunur

 

… Yeganə məmurdur ki, bu posta gəlmək üçün planlar qurmayıb, mübarizə aparmayıb. Əksinə onun bu posta olmasını istəyiblər…

 

… Yeganə məmurdur ki, hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona daha üstün sayğı ilə sadəcə “müəllim” deyə  müraciət etməsi də burdan qaynaqlanır.

[

  Bərdə Rayon Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Şəmil Ziyadov deyir:

 

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və müasir texnologiyaların tətbiqi ilə su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi istiqamətində yeniliklərə imza atır. Belə ki, respublika ərazisində əkinlərin su təminatının yaxşılaşdırılması məqsədilə 2018-2019-cu illərdə qazılan subartezian quyularında SCADA sistemi tətbiq edilib. Artıq 14 rayonda SCADA sisteminə qoşulan 322 subartezian quyusundan əkinlərin suvarılmasında istifadə edilir.

2018-2019-cu illərdə Prezident İlham Əliyevin sərəncamları əsasında Bərdə rayonunda 36 subartezian quyusu qazılaraq istifadəyə verilib. Yeni qazılmış bu subartezian quyularında SCADA sistemi tətbiq edilib. Mərkəzdən idarə olunan bu sistem zamanı subartezian quyularına videogörüntü ilə nəzarət etmək, quyunu işə salmaq, suvarma başa çatdıqda söndürmək mümkündür. Yeni sistem əllə nəzarət, avtonəzarət və zamanlı nəzarət rejimləri vasitəsilə idarə olunur. Əllə nəzarət rejimi ilə subartezian quyusunu nəzarətçilər işə sala və ya söndürə bilərlər. Avtonəzarət rejimində isə subartezian quyusunun işə salınması və ya söndürülməsi yalnız mərkəzdən həyata keçirilir. Zamanlı nəzarət rejimində isə subartezian quyusu əvvəlcədən müəyyən olunmuş zaman müddətində işləyir, vaxt tamam olanda isə avtomatik sönür. Yeni sistemlə elektrik enerjisi sərfiyatına, quyudakı suya, dərinlik nasosuna nəzarət etmək olur, su itkisinin qarşısı alınır.

Suvarmada SCADA sisteminin tətbiq edilməsi ilə su, elektrik enerjisi və vaxt itkisinə yol verilmir. Əvvəllər əkinlərin suvarılması zaman elektrik enerjisi kəsilib yenidən veriləndə ya fermer, yada idarənin işçiləri tərəfindən subartezian quyusu işə salınmalı idi. Bunun üçün isə xeyli məsafə qət edilməli idi ki, bu da həm vaxt itkisinə səbəb olur, həm də əkin sahəsinin suvarılması ləngiyirdi. Yeni sistemin tətbiqi ilə bütün bu çətinliklər aradan qaldırılır.

Gələcəkdə yeni qazılan bütün subartezian quyularında SCADA sisteminin tətbiq edilməsi nəzərdə tutulur.

 

Qaynarxeber.com

скачать dle 12.1
Xəbər lenti