Əldə etdiyimiz məlumata görə hal hazırda Fransada mühacirətdə olan siyasi fəal Həsənov Qismet Yaşar oğlunun Salyan şəhərinin Əlibəy Hüseyinzadə kücesi ev 65 ünvanında yaşayan anası Həsənova Püstəxanım Niyyatalı qızı 21.09.2020-ci ildə Salyan şəhər Baş Polis idarəsinə aparılaraq 3 saata yaxın sorğu sual edilmişdir. Məsələ ilə bağlı Qismət bəyin anası ilə əlaqə saxladıq. Onun Polis idarəsinə aparılmasının səbəbini õyrəndik. Həsənova Püstəxanımın bizə bildirdiyinə görə onun Polis idarəsinə aparılmasına səbəb oğlu Həsənov Qismətin KXCP-nin fəal üzvü olması və Fransanın Angers şəhərində 12.09.2020-il tarixində bir qurup siyası fəallarla birlikdə Azərbaycanda olan özbaşınaçılıqlara, ailə hakimiyyətinə son və siyasi mehbus Tofiq Yaqubluya azadliq adlı aksiyasının təşkilat və təbliqatının aparılmasıdı.Püstəxanımın bildirdiyinə görə Polis rəisi Mirzağa Qafarov onu təhdid ederek, əgər oğlunuz Azərbaycana gəlməsə sizin özünüzü həbs edəceyik deyərək ona hədə qorxu gəlmişdi. Biz Salyan şəhər Baş Polis idarəsindən məsələ ilə bağlı münasibəti öyrənmək isdədik.Amma cəhdlərimiz baş tutmadı.