AZƏRBAYCANDA MƏMUR ÖZBAŞNALIĞI

8-12-2021, 11:59
45 350
AZƏRBAYCANDA MƏMUR ÖZBAŞNALIĞI

Redaksiyamıza daxil olan məlumata əsasən, Salyan şəhər A.Hüseynov 158A ünvanında yaşayan Kazımov Mirzəcan Adil Oğlu və həyat yoldaşı Kazımova Svetlana Şahbala qızına qarşı qeyri-qanuni polis təzyiqləri bir neçə ildir ki davam edir. Məsələni araşdırmaq, üçün,  həmin ailə ilə görüşmək qərarına gəldik. Mirzəcan bəyin və Svetlana xanımın dediklərindən məlum oldu ki, qızları Abasova Günelin həyat yoldaşı Abasov Mahir Allahkərim oğlu KXCP-nin fəal üzvü olaraq siyasi faliyyətinə görə polis orqanları  tərəfindən ailəsi ilə birlikdə təqib olunduğu, üçün, 2017-ci ilin Fevral ayında Azərbaycanı tərk etməyə məcbur olub. 2017-ci ildən Abasov Mahir Azərbaycanda olduğu kimi, Avropada da keçirilən çoxsaylı mitinqlərdə fəal iştirak etdiyi, üçün, dəfələrlə bizi Salyan BPİ-nə apararaq təzyiq altında izahat verməyə məcbur ediblər. Bizdən  tələbləri qızımızın vasitəsi ilə A.Mahiri siyasi faliyyətinə son qoymağa məcbur etməkdir. Qızımızla və onun ailəsilə əlaqələri kəsməyə məcbur olunduģumuza baxmayaraq 22.09.2020-ci ildə hər ikimizi Ə.Eldar tərəfındən Azərbaycan Respublikasının Baş Prokurorluğuna çağırmışlar. Ağır cinayətlər üzrə İstintaq idarəsinin rəisi Ə.Eldarın tərəfındən verilən məlumata görə, qızımız A.Günel və kürəkənimiz A.Mahir barəsində cinayət işi açılmış və axtarış elan olunmuşdur. Bizi isə heç bir əsas olmadan həmin ailə ilə əlaqələrimizin olduğunu söyləyərək AR CM-nin 307.1 və 34.1-ci maddəsi ilə məsuliyyət daşıdığmız haqqda xəbərdarlıq etdilər. Valideynlər A.Günellə heç bir əlaqə saxlamadıqları halda 28.09.2021-ci il tarixində Mirzəcan bəyi Salyan BPİ – nin müstəntiqi Hüseynov Ceyhun tərəfindən AR.CM-nin 307.1-ci və 34.1maddələri ilə cinayət işi ilə əlaqədar sorğuya cağrılmışdır. Iki saatdan yuxarı çəkən sorğu-sualın nəticəsindən məlum olmuşdur ki, bu çağırışa A.Mahirin Fransada siyasi fəallarla birlikdə açdığı LİBERTE Azərbaycan siyasi təşkilatının 18.09.2021-ci il tarixində keçirilən iclası “Facebook" sosial şəbəkəsi vasitəsilə paylaşılması səbəb olmuşdur. 20.11.2021-ci il tarixində A.Mahirin iştirak etdiyi “LİBERTE“  təşkilatının növbəti iclası yayımlandıqdan sonra, 22.11.2021-ci il tarixində təxminən saat 17:00 radələrində Mirzəcan bəyin evinə 3 (üç) polis əməkdaşı gəlib, qeyri-qanuni axtarış apararaq evdə olan kompüterini və mobil telefonları götürərək, Mirzəcan bəyi Salyan BPİ-nə aparmışlar. Onu polis ıdarəsinin 2 (iki) gün xüsusi saxlanma kamerasında qeyri-insani davranışlar  şəraitində saxlamışlar. Polis idarəsində K.Mirzəcandan tələb olunur ki, A.Mahir Avropada siyasi faliyyətinə son qoysun. Əks halda onu ailəsilə birlikdə Azərbaycana gətirib həbs edəcəklərini və Salyan şəhəri T.Davudzadə küçəsində yerləşən ailəmizə məxsus şəxsi “Təcili Foto” studiasını sökəcəkləri ılə hədələdilər. Biz Mirzəcan bəyin evində olarkən, azadlığa çıxmasından 5 (beş) gün keçməsinə baxmayaraq, bədənində işkəncə izlərinin olduğunu gördük. Mirzəcan bəyin dediyinə görə, 26.11.2021 və 27.11.2021 tarixlərində Salyan RİH- nin başçısı Sevindik Hətəmovun qəbuluna getsə də, əvvəllər olduğu kimi, yenə şikayətinə baxan olmayıb. Bir neçə  yaxın qonşularının iştirakı iıə aldığımız müsahibədəki faktları dəqiqləşdirmək məqsədilə Salyan BPİ-nə getsək də bizi qəbul edən olmadı. Biz bir daha onuda anladıq ki, Salyan rayon BPI-də Azərbaycan Konstitusiyasından xəbərləri yoxdu, ya da var. Kimsə ona məhəl qoymur. Bizə elə gəlir ki, Salyan rayon BPidarəsində onların öz yazılmamış qanunları var ki, o da heç bir yazılmış qanunlara dəlalət etmir. Bu yerdə Mirzəcan bəyə tam haqq veririk,onun bizə danışdıqlarına yəni haqlı ola-ola haqsızlıqlarla üzləşərək, təqib və təziqlərə məruz qalmasına bütün varlığmızla inanırıq. Necə ki, bizdə bəzi məmurlar öz bildikləri kimi Qanun yazıb pozacaqlar, neçə-neçə Mirzəcan kimi haqsızlıqla qarşılaşanların sayı getdikcə artacaq. Bu da Azerbaycanda Dövlət və Dövlətçiliyimizin imicinə mənfi təsir göstərməkdən başqa heç nə deyil. Allah sizə səbir versin, Mirzəcan bəy. Inanıram ki, tezliklə Azərbaycanda haqq-ədalət öz yerini tapacaq. Çoxsaylı vətəndaşlarımızın tapdalanmış hüquqları bərpa olunacaq. 

скачать dle 12.1
Xəbər lenti