“Meydan” TV-nin daha bir əməkdaşının evində axtarış aparıldı

18-09-2015, 20:08
0
“Meydan” TV-nin daha bir əməkdaşının evində axtarış aparıldı

Bu gün jurnalist Cavid Abdullayevin kirayədə yaşadığı evdə axtarış aparılıb.

“Turan”ın verdiyi xəbərə görə, “Meydan” TV ilə əməkdaşlıq edən C.Abdullayevin evində aparılmış axtarış digər jurnalist Şirin Abbasovun işi ilə bağlıdır. Ş.Abbasova dünən 30 sutka həbs cəzası verilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları jurnalist C.Abdullayevin kompüterini, üç kamerasını və noutbukunu götürüblər.

скачать dle 12.1
Xəbər lenti