Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan üç ərizə üzrə qərarları elan edib

4-02-2023, 11:02
4 903
Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan üç ərizə üzrə qərarları elan edib

Fevralın 2-də Avropa İnsan Hüquqları Məhkəməsi  Azərbaycanın üç iş üzrə qərarları elan edib.

Ərizəçilər ifadə azadlığının, ədalətli məhkəmə araşdırmasının, mülkiyyət  və digər hüquqların pozulmasından şikayət ediblər. Bu barədə Turan-a  media hüququ sahəsində ekspert Xalid Ağəliyev bildirib.

“Sərdar Əlibəyli Azərbaycana qarşı” işində 2009-cu ildə böhtan və təhqirə görə iki hökmdən şikayət edilib.

“Nota” qəzetinin təsisçisi Sərdar Əlibəyli Azadlıq Hərəkatçıları Assosiasiyasının rəhbəri Təhmasib Novruzovun iddiası ilə 3 ay müddətinə həbs edilib. Guya onun maliyyə maxinasiyaları ilə bağlı “Nota”da dərc olunan yazı təhqir və böhtan sayılıb.

Əlibəyl Daxili Qoşunlarda baş verən maliyyə pozuntuları barədə material dərc etdikdən sonra onun cəza müddəti artırılıb.

Avropa İnsan Hüquqları Məhkəməsi hesab edib ki, ərizəçinin cinayət məsuliyyətinə cəlb edilməsi onun ifadə azadlığı hüququna müdaxilədir.

Avropa İnsan Hüquqları Məhkəməsi ərizəçiyə mənəvi ziyana görə 2500 avro və məhkəmə xərclərinə görə 1500 avro ödənilməsini qərara alıb.

“Aqşin Qarayev Azərbaycana qarşı” işində mülkiyyət hüquqlunun pozulmasına etiraz edilib. “Maksima” şirkətinin sahibi Aqşin Qarayev 1997-ci ildə mənimsəmə faktı üzrə açılmış cinayət işi çərçivəsində əmlakın – 28 qaz turbininin götürülməsi və saxlanmasından şikayət edib.

Avropa İnsan Hüquqları Məhkəməsi mülkiyyət hüququnun pozulması barədə qərar çıxarıb və dövlət ərizəçiyə 28 qaz turbinini lazımi vəziyyətdə qaytarmalı və ya ona kompensasiya ödəməlidir. Bundan əlavə, ərizəçiyə mənəvi zərər və məhkəmə xərclərinə görə 4000 avro ödənilməlidir.

Digər ərizəçi Xalid Ağəliyevin özüdür. Şikayət 2009-cu ildə dövlət büdcəsindən AzTV dövlət televiziyasına nə qədər vəsaitin ayrılması ilə bağlı onun informasiya sorğusuna bu qurumun cavab verməkdən imtina etməsinə aiddir. Həmin vəsaitin hansı hissəsi işçilərin əməkhaqqına yönəldilib, rəhbər işçilərin maaşları nə qədər olub, binaların təmirinə, nəqliyyat vasitələrinin alınmasına, saytın saxlamasına nə qədər vəsait xərclənib?

Avropa İnsan Hüquqları Məhkəməsi ərizəçinin şikayətini “məqbul” hesab etməyib.

скачать dle 12.1
Xəbər lenti