«Economist Intelligence Unit» Azərbaycanı avtoritar rejimli ölkələr sırasına qoyur

4-02-2023, 13:14
111 062
«Economist Intelligence Unit» Azərbaycanı avtoritar rejimli ölkələr sırasına qoyur


Ölkə demokratiya indeksində 134-cü yerdədir

Azərbaycan demokratiya indeksində dünyada 134-cü sıradadır.  Ölkənin 2.87 balla “avtoritar” idarəçilikdə olduğu açıqlanıb.

“Economist Intelligence Unit” (EİU) dünyada ötən ilin yekunları üzrə demokratiya hesabatını dərc edib.

Qonşulara gəlincə, Ermənistan 5,63 balla 82-ci, Gürcüstan 5.20 balla 90-cı yerdədir. Hər ikisində rejimin növü “hibrit” sıralamasındadır.

Qazaxıstan 3.08 balla 127 (avtoritar), Rusiya 2.28 balla 146 (avtoritar), Türkmənistan 1.66 balla 161-ci (avtoritar) yerdə qərarlaşıb.

Hesabatda qeyd edilir ki, Şərqi Avropada hələ də “tam demokratiya” olan ölkə yoxdur. Azərbaycan da daxil olduğu bölgənin 28 ölkəsindən 16-sı “qüsurlu” demokratik, 4-ü “hibrid rejimlər” (Ermənistan, Bosniya və Herseqovina, Gürcüstan və Ukrayna) və 8-i “avtoritar rejim”dir (Azərbaycan, Belarus, Rusiya və Müstəqil Dövlətlər Birliyinə üzv olan bütün Orta Asiya ölkələri).

Hesabat müəllifləri qeyd edirlər ki, builki demokratiya indeksi Rusiyanın Ukraynaya təcavüzünün kölgəsində qlobal demokratiya meyllərinə işıq salır: “Müharibə bütün dünyada şok dalğalar yaradıb. Ukraynanı dəstəkləyən inkişaf etmiş, demokratik ölkələrlə birlikdə tərəf tutmamağı seçən bir çox inkişaf etməkdə olan ölkələr arasında fikir ayrılıqlarını var”.

Region üzrə

Azərbaycanın yerləşdiyi region üzrə reytinqi isə 23-dür. Bu tərəfdən baxanda Ermənistan 17, Gürcüstan 19-cu yerdədir.

İqtisadçı Qubad İbadoğlu hər il açıqlanan hesabatları izləyir.

O deyir ki, Azərbaycan 2021-ci illə müqayisədə ötən il mövqeyini 7 pillə yaxşılaşdırıb. Halbuki ötən il mürtəce “Media haqqında Qanun”un tətbiqinə başlanılıb:

““Siyasi partiyalar haqqında” məhdualaşdırıcı qanun qəbul edilib, siyasi məhbusların sayı artıb. Hətta onların siyahısına tanınmış ictimai fəallar və jurnalistlər də qoşulub, amma EİU Azərbaycanda demokratiya sahəsində vəziyyətin yaxşılaşdığını, avtoritar Azərbaycanda siyasi iştirakçılığın və siyasi mədəniyyətin yüksəldiyini bəyan edib”.

Qubad İbadoğlu

Azərbaycanda indikatorlar üzrə ən pis vəziyyət “Seçki prosesi və plüralizm” ( 7 baldan 0,5 bal), “Mülki azadlıqlar” (7 baldan 2.65 bal) və “Hökumətin fəaliyyəti”dir (7 baldan 2,86 bal).

İqtisadçı bildirib ki, ölkənin demokratiya balı 7-dən 2.87-dir. Görünür, ölkədə demokratiya keçid potensialını yüksək görüblər.

Hesabat müəllifləri qeyd edirlər ki, Ukraynanı işğal etdikdən sonra Rusiyanın reytinqi 0,96 bal azalaraq 2,28-ə düşüb. Bu, dünyanın istənilən ölkəsi arasında ən dramatik enişin göstəricisidir.

EIU-nun demokratiya ölçüsünə görə, dünya əhalisinin yarısından azı (45,3%) bir növ demokratiyada yaşayır və hətta daha az hissəsi (8%) “tam demokratiyada” yaşayır, lakin üç ölkə (Çili, Fransa və İspaniya) “qüsurlu demokratiyalardan” yeniləndikdən sonra “tam demokratik dövlətlərin” sayı 2021-ci ildəki 21-dən 2022-ci ildə 24-ə yüksəlib.

Dünya əhalisinin demək olar ki, üçdə birindən çoxu (36,9%) avtoritar idarəçilik altında yaşayır, onların böyük hissəsi Çin və Rusiyadadır.

İki ölkə, Papua Yeni Qvineya və Peru 2022-ci il indeksində “qüsurlu demokratiya” təsnifatından “hibrid rejim” kateqoriyasına endirilib.

скачать dle 12.1
Xəbər lenti