Azərbaycanda bələdiyyə və özəl məktəblərlə bağlı yeni qərar

4-11-2015, 16:48
0
Azərbaycanda bələdiyyə və özəl məktəblərlə bağlı yeni qərar
Azərbaycanda bələdiyyə və özəl məktəblər Təhsil Nazirliyindən rəy aldıqdan sonra öz nizamnamələrində dəyişiklik edə biləcəklər.
 
Nazirlər Kabinetindən verilən məlumata görə, bununla əlaqədar ümumtəhsil, orta ixtisas və ali məktəblərin nümunəvi nizamnamələrində dəyişiklik edilib.
 
Bu dəyişikliyə əsasən, dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq verilmiş təhsil müəssisələrinin nizamnaməsində edilmiş dəyişikliklər (Azərbaycan Prezidentinin və Nazirlər Kabinetinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla) təhsil müəssisəsinin pedaqoji şurası tərəfindən qəbul olunur və təsisçisi tərəfindən təsdiq edilir.
 
Bələdiyyə və özəl təhsil müəssisələrinin nizamnamələrinin təsdiqinə və onlarda edilən dəyişikliklərə Təhsil Nazirliyi rəy verəcək.
скачать dle 12.1
Xəbər lenti