Növbəti tədris ili üçün universitetlərə qəbul qaydaları açıqlanıb

9-12-2015, 17:01
0
Növbəti tədris ili üçün universitetlərə qəbul qaydaları açıqlanıb

"Gələn il universitetlərə qəbul planına əsasən bütün ali təhsil müəssisələri hər bir ixtisas üzrə hazırlaya biləcəyi kadrların maksimal say həddini müəyyənləşdirərək Təhsil Nazirliyinə təqdim edib".

Bunu Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin müdir müavini Natiq İbrahimov deyib.

Onun sözlərinə görə, növbəti ildən Təhsil Nazirliyinin irəli sürəcəyi təkliflər, həmçinin ali təhsil müəssisələrinin müəyyənləşdirdiyi maksimum say həddi nəzərə alınmaqla, abituriyentlərin seçiminə uyğun olaraq ali məktəblərə qənul aparılacaq. Bu, Təhsil Nazirliyinin TQDK ilə birgə razılaşdırılmaqla Təhsil Komissiyasının səlahiyyətlərinə aid məsələdir.

"Nümunə üçün bildirək ki, hər hansı bir ali təhsil müəssisəsi təklif edə bilər ki, informasiya texnologiyaları ixtisası üzrə maksimum ildə 100 tələbə qəbul edə bilər. Başqa sözlə növbəti tədris ilindən tələbə qəbulu zamanı ödənişli əsaslar ilə təhsil üzrə plan yerləri olmayacaq. Bu potensiala uyğun olaraq ali təhsil müəssisələri hər bir ixtisas üzrə hazırlaya biləcəyi kadrların maksimal say həddini müəyyənləşdirib Təhsil Nazirliyinə təqdim edib", - N. İbrahimov deyib.

Eyni zamanda əvvəlki illərdə olduğu kimi qəbul zamanı ölkə üzrə minumum keçid balı olacaq. Bununla yanaşı ayrı-ayrı ixtisaslar üzrə qəbul zamanı fərqli minumum keçid balı qoyula bilər. Bu istiqamətdə hal-hazırda Təhsil Nazirliyində müvafiq işlər aparılır.

Natiq İbrahimov əlavə edib:

Növbəti tədris ilindən ödənişli əsaslarla qəbul planının olmaması o demək deyil ki, ali təhsil müəssisələri hər hansı bir ixtisas üzrə istədikləri miqdarda tələbə qəbulu edə biləcəklər. Çünki hər bir ali təhsil müəssisəsinin müəyyən potensialı var. Bura həm maddi-texniki baza, auditoriya fondu həmçinin maliyyə imkanları daxildir".

Qeyd edək ki, 2016-2017-ci tədris ilindən tələbə qəbulu zamanı ödənişli əsaslar ilə plan yerləri deyil dövlət sifarişi ilə plan təsdiq olunaraq qəbul aparılacaq. Maksimum say həddi və minumal keçid balı gözlənilməklə ali məktəblərə qəbul aparılacaq.

скачать dle 12.1
Xəbər lenti