Təhsil Naziri əmr imzaladı

17-12-2015, 12:32
0
Təhsil Naziri əmr imzaladı
Təhsil naziri Mikayıl Cabbarov İmtahan sessiyasının təşkili və keçirilməsi barədə əmr imzalayıb.
 
Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, əmr ali təhsil müəssisələrində 2015-2016-cı tədris ilinin payız semestrinin imtahan sessiyasını (bundan sonra imtahan sessiyası) mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə imzalanıb.
 
Əmrdə ali təhsil müəssisələrinin rəhbərlərinə imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını, rəhbərlik etdikləri ali təhsil müəssisələrində imtahan qərargahı yaratsınlar və qərargaha daxil olan hər bir şikayətin qısa müddətdə operativ şəkildə araşdırılmasını, imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbir görmək tapşırılıb və diqqətə çatdırılıb ki, rəhbərlik etdikləri ali təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar.
 
Elm və ali təhsil və Daxili nəzarət şöbələrinə tapşırılıb ki, ali təhsil müəssisələrində imtahan sessiyasının monitorinqini, imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində ali təhsil müəssisələrində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdıraraq onların yerində həll edilməsini, ali təhsil müəssisələrində payız semestrinin imtahan sessiyalarının nəticələrini təhlil edib müvafiq arayışları müzakirəyə təqdim etsin.
скачать dle 12.1
Xəbər lenti