Şagirdlər üçün fənn olimpiadaları başlayır

14-01-2016, 17:22
0
Şagirdlər üçün fənn olimpiadaları başlayır
Yanvarın 17-də Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında respublika fənn olimpiadalarının birinci – rayon (şəhər) mərhələsi keçiriləcək.
 
Təhsil Nazirliyindən verilən məlumata görə, 27500-dən çox şagirdin iştirak edəcəyi bu bilik yarışında şagirdlər 8 fənn üzrə öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər.
 
Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, Azərbaycan dili və ədəbiyyat və coğrafiya fənləri üzrə IX, X və XI sinif şagirdləri arasında keçirilir. Şagirdlərə təqdim olunacaq tapşırıqlar fənn kurikulumuna uyğun olaraq qapalı test formatında hazırlanıb. 30-40 sualdan ibarət olan imtahanda şagirdlərə cavablandırmaq üçün maksimum 3 saat vaxt verilir.
 
Rayon (şəhər) mərhələsinin nəticələri ən geci yanvarın 27-dək Respublika təşkilat komitəsi tərəfindən elan ediləcəkdir.
 
Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən hər fəndən və hər sinifdən ən azı 60 faiz nəticə toplayan ən yaxşı 3 şagird respublika mərhələsinin yarımfinal turuna vəsiqə qazanacaq.
 
İnformatika fənni üzrə rayon (şəhər) mərhələsində iştirak etmək istəyən şagirdlər www.informatika.edu.az internet səhifəsində qeydiyyatdan keçərək onlayn müsabiqədə iştirak edəcəklər. Rayon (şəhər) mərhələsinin informatika fənni üzrə tapşırıqları qeyd olunan saytda 17 yanvar 2016-cı il tarixində saat 10:00-dan etibarən nümayiş etdiriləcək.
скачать dle 12.1
Xəbər lenti