Şagirdi döyən müəllimə şiddətli töhmət, direktora isə xəbərdarlıq edilib

26-01-2016, 17:39
0
Şagirdi döyən müəllimə şiddətli töhmət, direktora isə xəbərdarlıq edilib
Xırdalan şəhəri 9 nömrəli tam orta məktəbdə baş verən hadisə ilə bağlı bu gün məktəbin əsas qərarverici orqanı olan Pedaqoji Şuranın iclası keçirilib.
 
Abşeron Rayon Təhsil Şöbəsinin mətbuat xidmətinin rəhbəri Anar Nağıyev bildirib ki, Pedaqoji Şuranın iclasında ibtidai sinif müəllimi Sevda Rüstəmovaya şiddətli töhmət elan edilib: “Sevda Rəhimova bir də bu cür hərəkətlərə yol versə, dərhal işdən azad olunacaq”.
 
A. Nağıyev qeyd edib ki, məktəbin direktoru Həcər İbrahimova baş verən hadisəyə görə xəbərdarlıq edilib.
 
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videogörüntüdə ibtidai sinif müəllimi Sevda Rüstəmovanın 3-cü sinif şagirdini vurduğu əks olunub.
скачать dle 12.1
Xəbər lenti