Azərbaycanda daha çox hansı ölkələrin vətəndaşları ali təhsil alır?

28-01-2016, 16:50
0
Azərbaycanda daha çox hansı ölkələrin vətəndaşları ali təhsil alır?
Azərbaycanda ali təhsil alan əcnəbi tələbələr arasında Türkiyə, İran, Rusiya, Gürcüstan, Türkmənistan, İraq və Çin vətəndaşları üstünlük təşkil edir.
 
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Azərbaycanın ali təhsil müəssisələrində 60 xarici ölkədən olan 3932 əcnəbi tələbə təhsil alır.
 
2015-2016-cı tədris ilinin əvvəlinə olan məlumata əsasən, xarici ölkələrdə dövlət xətti ilə təhsil alan və Azərbaycan vətəndaşı olan tələbələrin sayı 2998 nəfər təşkil edib. Xaricdə təhsil alan gənclərin 64,2 faizi Bakı, 35,8 faizi Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır. Tələbələrin əksəriyyəti Türkiyə, Birləşmiş Krallıq, Almaniya, Rusiya və Kanadanın ali məktəblərində təhsil alır.
скачать dle 12.1
Xəbər lenti