Təhsil müəssisələrində tibb məntəqələrinin olması vacibdirmi? - VİDEO

4-02-2016, 16:15
0
Təhsil müəssisələrində tibb məntəqələrinin olması vacibdirmi? - VİDEO

Şagirdlərin bilikli, savadlı olması qədər  sağlamlığı da önəmlidir. Bəs məktəblərdə şagirdlərin sağlamlığına nə dərəcədə diqqət yetirilir? 

Şagirdlərin ilk tibbi yardım alması  və müayinəsi  məqsədilə təhsil müəssisələrində məntəqələrin olması vacibdir. Məktəblilər də tibb otaqlarının zəruriliyini müxtəlif səbəblərlə izah edirlər. Məktəblərdəki məntəqələrdə Mərkəzi Rayon Xəstəxanasından ayrılan tibb bacıları fəaliyyət göstərir. Təhsil müəssisələrindəki tibb işçiləri yerli səhiyyə təşkilatları ilə əlaqə saxlayır, şagirdlərin sağlamlığının vəziyyəti haqqında məlumatları toplayaraq sistemləşdirir. Qrafikə əsasən, bir həkim 4-5 məktəbə nəzarət edir. Məntəqələrdə dərmanların  istifadə müddəti bitdikdə yenisi ilə əvəz olunur və mütəmadi həkimlər tərəfindən  baxış keçirilir. Həkimlərin sözlərinə görə, müayinələr zamanı şagirdlər arasında əsasən anemiya və müxtəlif xəstəliklər üzə çıxır. Şagirdlər vaxtaşırı peyvənd də olunur. Həmçinin mütəmadi həyata keçirilən müayinələrin nəticələrinə əsasən,  anket hazırlanır. Məktəblilərdə hər hansı xəstəlik aşkar olunarsa valideyinlərinə məlumat verilir, lazımi tədbirlər görülür.

скачать dle 12.1
Xəbər lenti